Texnologiya nəhəngləri elektrik şəbəkəsinin yanlış idarə edildiyini deyir
12-03-2026, 16:18
"Google", "Tesla" və məlumat mərkəzlərini inkişaf etdirən "Verrus", elektrik şəbəkəsinin kifayət qədər istifadə olunmadığını bildirir. Şirkətlər hesab edir ki, mövcud infrastruktur əsasən, qısa müddətli yüksək tələbat üçün qurulduğundan, ilin böyük hissəsində onun imkanlarının əhəmiyyətli hissəsi boş qalır.
"Techcrunch" xəbər verir ki, bu məqsədlə onlar "Carrier", "Renew Home", "Sparkfund" və "Span" şirkətləri ilə birlikdə "Utilize" adlı yeni koalisiya yaradıblar. Qrup elektrik şəbəkəsinin daha səmərəli istifadəsini təşviq edən siyasətlərin qəbulunu dəstəkləyir. Koalisiya bildirir ki, batareya enerji saxlanması, tələbatın idarə olunması və virtual elektrik stansiyaları kimi texnologiyalar artıq mövcuddur və şəbəkənin daha effektiv işləməsinə kömək edə bilər. Bununla belə, bir çox tənzimləyici qurum və siyasətçi hələ də ənənəvi enerji istehsalı modellərinə üstünlük verir.
Şirkətlər hesab edir ki, elektrik şəbəkəsinin tənzimlənməsi və istifadə qaydalarının dəyişdirilməsi uzunmüddətli prosesdir və bu istiqamətdə addımların indidən atılması vacibdir.