"Windows 11" üçün vacib dəyişiklik: "Microsoft" yeni qərar verdi

16-03-2026, 12:38           
"Windows 11" üçün vacib dəyişiklik: "Microsoft" yeni qərar verdi
"Microsoft" şirkəti "Windows Deployment Services" (WDS) aləti vasitəsilə "Windows 11" və "Windows Server 2025" əməliyyat sistemlərinin avtomatik quraşdırılmasının bir üsulunun mərhələli şəkildə dayandırılacağını elan edib.

Oxu.Az "Neowin"ə istinadən xəbər verir ki, qərar təhlükəsizlik zəifliyinin aradan qaldırılması ilə bağlıdır.

Bildirilib ki, həmin zəiflik istifadəçi məlumatlarının sızmasına və zərərli kodun icrasına səbəb ola bilər.

Məlumata görə, şirkət uzun müddətdir sistem administratorları tərəfindən əməliyyat sistemlərini uzaqdan quraşdırmaq üçün istifadə olunan WDS alətinin təhlükəsizliyini gücləndirməyə başlayıb.

Problem avtomatik quraşdırma prosesində istifadə edilən "Unattend.xml" konfiqurasiya faylı ilə bağlıdır. Bu fayllar quraşdırma prosesini avtomatlaşdırmaq üçün istifadə olunur və onların tərkibində istifadəçi hesabları və sistem parametrləri kimi həssas məlumatlar ola bilər.

"Microsoft"un rəsmi sənədlərində qeyd olunur ki, riskləri aradan qaldırmaq üçün təhlükəsiz olmayan kanallar vasitəsilə tam avtomatik quraşdırmaların dəstəyi standart olaraq söndürüləcək.

Eyni zamanda şirkət vurğulayıb ki, problem "Microsoft Configuration Manager" infrastruktur idarəetmə sisteminə təsir etmir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru