Azərbaycanda Sovet hakimiyyətinin qurulmasının tərəfdarları oxşar taleyi yaşadı
5-06-2026, 07:14

Azərbaycanda Sovet hakimiyyətinin qurulmasının tərəfdarları oxşar taleyi yaşadı:
Nəriman Nərimanov: Kommunizm siyasətinin puç olduğunu hakimiyyətin ilk illərində anlasa da, geriyə yolu qalmadı. 1925-ci ildə 55 yaşında Moskvada, Kremldə zəhərlənərək öldürüldü;
Əliheydər Qarayev: Sovet hökumətinə inandı, ona qulluq etdi, yüksək vəzifələr tutdu və 1938-ci ildə əksinqilabçı adı ilə güllələndi;
Həmid Sultanov: Daxili işlər naziri oldu, Gəncə üsyanının yatırılmasına görə orden alması onu sonralar -1938-ci ildə güllələnməkdən xilas edə bilmədi;
Mirzə Davud Hüseynov: Xarici işlər naziri oldu, bir sıra digər yüksək vəzifələrdə çalışdı və 1938-ci ildə güllələndi;
Qəzənfər Musabəyov: yüksək vəzifələrdə çalışsa da 1937-ci ildə Moskvada həbs olundu, bir il sonra güllələndi;
Çingiz İldırım: nazir postu tutdu, digər vəzifələrdə çalışdı, amma 1938-ci ildə güllələndi;
Dadaş Bünyadzadə: yüksək vəzifələr tutdu, amma 1938-ci ildə güllələndi;
Səməd Ağamalıoğlu:Torpaq naziri, mərkəzi icraiyyə komitəsinin sədri oldu. 1930-cu ildə Moskvada öldürüdü;
Məhəmmədhəsən Hacınski:10 il sovetlərə qulluq etsə də, 1930-cu ildə həbs olundu, ağır işgəncələrə dözməyib özünü öldürdü;
Q.Qarabəyov: işğaldan dərhal sonra həbs edildi, sürgünə göndərildi;
Aslan bəy Səfikürdski: Ədliyyə komissarının müavini oldu, 1922-ci ildə həbs edildi.
"Son iclas" sənədli filmindən dialoq.
Şəkil: Sovet hökumətinin Azərbaycanda qurulmasının tərəfdarları N.Nərimanov, Ə.Qarayev, H. Sultanov, M.Hüseynov .
Aghasi Hun

