Neft derjavasının benzin xəbərləri Rusiyanın inqilab ərəfəsində yaşadığı çörək qıtlığını xatırladır

Dünən, 07:09           
Neft derjavasının benzin xəbərləri Rusiyanın inqilab ərəfəsində yaşadığı çörək qıtlığını xatırladır
Neft derjavasının benzin xəbərləri Rusiyanın inqilab ərəfəsində yaşadığı çörək qıtlığını xatırladır:”Bu gün çörək olacaq? – “Yox”. “Bəs sabah?” – “Sabah da”.
Çörək imtahanı ruslara ağır və baha başa gəldiyi kimi, indi də benzinlə imtahan Rusiyaya ağır və baha başa gəlir. Benzin yoxdursa, əvvəlcə maşınlar dayanır, sonra da çörək qıtlığı başlayır. Daha sonra xalq siyasətə qoşulub üsyan edir. Xalq üsyanlarının tarixi qanunauyğunluğu məhz belədir.
Hökumət yanacaq ehtiyatlarının qapağını açmağa məcbur olub. Amma bu da yırtığa yamaq deyil. Rusiya qonşu ölkələrdən benzin alışını tarixi maksimuma qaldırıb.
Lukaşenkonun Çinə səfəri də neft idxalı ilə bağlı idi.
Hindistan da fürsətdən yararlanır. Rusiya Hindistana neftini son illərin tarixi minimumu ilə satır, bareli 4 dollara. Təsəvvür edirsiz? Hindistan ucuz rus neftini su qiymətinə alır, emal edir və yenidən Rusiyaya satır, çünki, Ukrayna dronları və puaları Rusiyanın neft emalı zavodlarını sıradan çıxarıb. Demək olar ki, bütün bölgələrində!
Qazaxıstanda Rusiyaya benzin daşıyan qaçaqmalçılar tutulurlar. Son iki gündə 61 qanunsuz cəhdin qarşısı alınıb, 3000 tondan çox yanacaq geri qaytarılıb. Astana Rusiyaya humanitar yardım kimi 50 000 ton benzin verməkdən imtina edib.
Və..
Belarus – təkcə iyun ayında Minsk Rusiyaya 141 000 ton benzin tədarük edib. Bu, may ayı ilə müqayisədə 2,4 dəfə çoxdur.
Moskva benzin böhranını yumşaltmaq üçün Hindistandan, Belarusdan və başqa ölkələrdən hər ay 400 000 tona yaxın benzin idxal etmək məcburiyyətindədir.
Bu, artıq sosdur!
Leninqrad küçələrinin Putinə öyrətdiyi “birinci vur” məsləhəti onu gözləmədiyi vaxtda, gözləmədiyi vəziyyətdə, gözləmədiyi yerdə yaman günə qoydu.
Arzu Qaziyeva












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru