"Nvidia"nın baş direktoru yeni trilyon dollarlıq nəhəng şirkətin səhmlərini açıqladı

4-06-2026, 09:24           
"Nvidia"nın baş direktoru yeni trilyon dollarlıq nəhəng şirkətin səhmlərini açıqladı
Texnologiya dünyasının ən nüfuzlu adlarından biri olan Censen Huanın işarə etdiyi yeni çip istehsalçısı bazarlarda güclü dalğalanmaya səbəb olub.

Valyuta.az xəbər verir ki, açıqlamadan sonra bir həftə ərzində 22% dəyər qazanan və ilin əvvəlindən bu yana 158%-dən çox artım göstərən şirkət investorların diqqət mərkəzinə çevrilib.

Data mərkəzlərində yeni güc balansı

Müasir superkompüterlər və nəhəng data mərkəzlərində aparılan əməliyyatlar artıq tək bir prosessorla idarə edilə bilmir. Hesablama gücü minlərlə hissəyə bölünərək fərqli sistemlər arasında paylanır və bu sistemlərin effektiv işləməsi prosessorlar arasındakı məlumat ötürmə sürətindən birbaşa asılıdır.

Bu kontekstdə çiplər arasında yüksək sürətli əlaqə yaradan texnologiyalar yarıkeçirici sənayesində strateji əhəmiyyət qazanır. Məhz bu sahədə fəaliyyət göstərən “Marvell Technology” şirkəti son dövrdə ön plana çıxıb.

"Nvidia"dan güclü siqnal

"Nvidia"nın qurucusu və CEO-su Censen Huanq bu şirkəti gələcəkdə trilyon dollarlıq bazar dəyərinə çata biləcək potensial oyunçulardan biri kimi qiymətləndirib. Bu açıqlama bazarlarda ciddi təsir yaradıb və investor marağını kəskin şəkildə artırıb.

"Nvidia" ilə əlaqələr isə yeni deyil. Şirkət bir neçə ay əvvəl "Marvell"ə 2 milyard dollarlıq birbaşa investisiya yatırmışdı. Həmin addımdan sonra da şirkətin səhmlərində ciddi artım müşahidə olunmuşdu.

Genişlənən texnologiya sahələri

Data mərkəzləri üçün xüsusi çiplər istehsal edən bu şirkət yalnız süni intellekt sahəsində deyil, həm də bulud texnologiyaları, 5G şəbəkələri, korporativ infrastruktur və avtomobil sənayesində istifadə olunan yüksək performanslı sistemlərdə fəaliyyət göstərir.

Şirkətin bu çoxşaxəli fəaliyyəti onun bazar dəyərinin artmasına əsas səbəblərdən biri kimi göstərilir.

Risk barədə xəbərdarlıqlar

Sürətli yüksəliş bəzi maliyyə ekspertləri tərəfindən ehtiyatla qarşılanır. Analitiklər bildirir ki, hazırkı qiymətləndirmələr böyük ölçüdə gələcək mənfəət gözləntilərinə əsaslanır və bu da risk yaradır.

Əgər texnologiya nəhənglərinin gözlənilən gəlirləri qısa müddətdə reallaşmasa, bazarda “texnologiya balonu” riski yarana bilər. Xüsusilə qlobal iqtisadi durğunluq ssenarisində bu cür yüksək qiymətləndirmələrin sürətlə geri dönməsi ehtimalı istisna edilmir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru