2026-cı ilin 10 əsas smartfonu: Büdcə modellərindən flaqmanlara qədər

8-06-2026, 17:24           
2026-cı ilin 10 əsas smartfonu: Büdcə modellərindən flaqmanlara qədər
2026-cı ildə smartfon bazarı daha da rəqabətli olub: artıq tək bir lider yoxdur və müxtəlif modellər müxtəlif kateqoriyalarda üstünlük qazanır. Seçim isə əsasən istifadəçinin prioritetlərindən asılıdır.

Valyuta.az xəbər verir ki, “Tech Advisor” redaksiyası "Apple", "Samsung" və digər brendlərin onlarla modelini real şəraitdə test edib: oyun performansı, batareya ömrü və kamera keyfiyyəti kimi göstəricilər qiymətləndirilib. Nəticədə 2026-cı ilin ən yaxşı smartfonları müəyyən edilib.

Google Pixel 10 Pro XL – 2026-cı ilin ən yaxşı smartfonu

Premium dizayn, sənayedə ən yaxşı ekran, “ağıllı” kamera sistemi və uzunmüddətli proqram dəstəyi ilə seçilir. Mənfi tərəfləri – böyük ölçü və yüksək qiymət.

Oppo Find X9 Pro – ən yaxşı kamera telefonu

Çində istehsal olunan bu flaqman ən inkişaf etmiş kamera sistemlərindən biri, böyük batareya və keyfiyyətli ekranla təchiz olunub. Lakin qiyməti yüksəkdir və yenilənmə dəstəyi rəqiblərə nisbətən qısadır.

Galaxy S26 Ultra – ən yaxşı proqram təminatı

"Samsung" flaqmanı AI funksiyaları və təhlükəsizlik imkanları ilə fərqlənir. Modelin Android yeniləmələrini 2033-cü ilə qədər alacağı bildirilir.

Ən yaxşı iPhone – iPhone 17

120 Hz ekran, artan yaddaş və Pro modellərə yaxınlaşan batareya ömrü ilə yenilənib. Lakin bəzi AI funksiyaları hələ stabil deyil, kamera isə demək olar ki, dəyişməyib.

OnePlus 15 – performans lideri

Maksimal sürət, güclü batareya və sürətli şarj ilə seçilir. Amma kamera keyfiyyəti flaqman rəqiblərdən geri qalır.

Xiaomi 17 Ultra – iPhone və Samsung-a alternativ

Gecə çəkilişi və portretlərə fokuslanan kamera sistemi və güclü performans təqdim edir. Qiymət isə yüksəkdir.

Galaxy S25 FE – ən yaxşı orta seqment telefon

AMOLED ekran, yaxşı batareya və Samsung-un AI funksiyaları ilə seçilir, lakin kamera və performans flaqmanlardan geri qalır.

iPhone 17 Pro Max – ən yaxşı premium iPhone

Böyük və parlaq ekran, güclü prosessor və təkmilləşdirilmiş video çəkiliş sistemi ilə fərqlənir. Mənfi tərəfləri – yüksək qiymət və iri ölçü.

Xiaomi 17 – ən yaxşı kompakt flaqman

6,3 düymlük kompakt ekran, güclü batareya və yüksək parlaqlıq təqdim edir. Lakin proqram interfeysi bəzi istifadəçilər üçün mübahisəlidir.

CMF Phone 2 Pro – ən yaxşı büdcə telefonu

200 dollar qiymətinə yaxın, sadə, stabil və qeyri-adi dizaynlı modeldir. Əsas funksiyaları təmin edir və bu qiymət seqmentində ciddi çatışmazlığı yoxdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru