Qarında şişkinliyin çox bilinməyən səbəbi

9-06-2026, 09:48           
Qarında şişkinliyin çox bilinməyən səbəbi
Spirtli içkilərin tez-tez qəbulu qarında şişkinliyə səbəb ola bilər.

Oxu.Az xəbər verir ki, bu barədə rusiyalı qastroenteroloq Olqa Suxareva öz "Telegram" kanalında xəbərdarlıq edib.

Həkim mədə-bağırsaq traktındakı problemlərin bu qeyri-aşkar səbəbi ilə bağlı vacib məqamlara toxunub. O bildirib ki, həftədə üç dəfədən çox alkoqol qəbul etmək bağırsaqlarda bakteriyaların həddindən artıq çoxalması sindromuna (SİBO) yol aça bilər və bu vəziyyətin əsas simptomlarından biri məhz qarın nahiyəsindəki şişkinlikdir.

Mütəxəssisin sözlərinə görə, spirtli içkilər bağırsaqdakı faydalı bakteriyaların sayını azaldır, bu da öz növbəsində şərti-patogen mikroorqanizmlərin çoxalmasına şərait yaradır. Bundan əlavə, etanol bağırsaq hərəkətliliyinə mənfi təsir göstərir. Nəticədə bakteriyalar yoğun bağırsaqdan nazik bağırsağa - yəni, olmamalı olduqları yerə keçirlər.

Olqa Suxareva əlavə edib ki, alkoqol, həmçinin bağırsaqların selikli qişasını qıcıqlandıraraq iltihabı artırır və yerli immun sistemini zəiflədir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru