“Yarımelmi” "Dünya Xoşbəxtlik Hesabatı" adlı sənəd
Bu gün, 00:02

Dünyada “yarımelmi”, amma maraqla qarşılanan hesabatlar çoxdur, bunlardan biri də "Gallup World Poll" təşkilatının və BMT-nin tərəfdaşlığı ilə hazırlanan "Dünya Xoşbəxtlik Hesabatı" adlı sənəddir.
"Gallup World Poll" təşkilatının 2026-cı ilin hesabatı açıqlanıb – artıq 9 ildir ki, Finlandiya 1-ci yerdədir, Rusiya İmperiyasından 2 dəfə qaçıb canını qurtarmağı bacaran, ötən əsrin 40-cı illərində xeyli torpağını güzəştə getsə də, ölkənin qalanını “ayının pəncəsindən” alan Finlandiya. Əgər Finlandiya bunu bacarmasaydı, zamanında ağıllı qərarlar almasaydı, öz gələcəyi uğrunda vuruşaraq mübarizə aparmasaydı, indi Rusiyanın tərkibində olan Komi, və ya Koreliya Respublikası kimi bir yer olacaqdı – kasıb, depressiv, perspektivsiz bir yer.
Hə, onu da deyim ki, bu hesabatda Azərbaycan 147 ölkə arasında 102-ci pillədə qərarlaşıb - Ermənistan 89-cu, Gürcüstan 91-ci, Türkiyə 94-cü, İran isə 97-ci pillədə yer alıb. Qonşularımızdan bu məsələdə də geri qalırıq...
Qeyd: hesabatda göstəricilər birbaşa vətəndaşların öz həyat səviyyələrini qiymətləndirdikləri "Cantril Ladder" sorğusuna əsaslanır. Əsas meyarlar sırasına adambaşına düşən ÜDM, sosial dəstək, sağlam ömür uzunluğu, həyatda seçim azadlığı, səxavət, korrupsiya səviyyəsi və s. daxildir.
Natig Jafarli

