Özünü prezidentin oğlu kimi təqdim edib rüşvət aldı

6-05-2015, 15:42           
Özünü prezidentin oğlu kimi təqdim edib rüşvət aldı
Düşənbədə özünü Tacikistanın prezidenti Emomali Rahmonun oğlu kimi təqdim edib rüşvət yığan məktəbli saxlanılıb. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, Düşənbədəki beynəlxalq məktəbin 10-cu sinif şagirdi Xuşdil Kurbonov özünü prezidentin oğlu Somoni Emomali kimi təqdim edərək 50 min dollar alaraq torpaq müqaviləsi bağlamaq üçün söz verib. Bundan əlavə, məktəbli tacik məmurlardan biri ilə telefonla əlaqə yaradaraq hansısa problemin yubanmadan həllini tələb edib.

Məlumatda qeyd edilir ki, Xuşdil Kurbonov Sabzali Məcidova zəng edərək özünü Comoni Emomali kimi təqdim edərək Mahmadrizo Racabova torpaq sahəsi ayırmasını tələb edib. Ancaq Məcidov Xuşdil Kurbanova inanmadığından həmin torpaq sahəsini ayırmayıb. Tacikistanın hüquq-mühafizə orqanlarında məktəbliyə qarşı cinayət işi qaldırılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]