ABŞ-də təyyarə polis helikopterinə çırpılıb, ölən və yaralananlar var

Bu gün, 12:31           
ABŞ-də təyyarə polis helikopterinə çırpılıb, ölən və yaralananlar var
Mərkəzi Pensilvaniyada (ABŞ) kiçik təyyarə və ştat polisinin helikopterinin toqquşması nəticəsində bir nəfər həlak olub, iki polis əməkdaşı yaralanıb.

Yenicag.az xəbər verir ki, bu barədə ABŞ mediası Federal Mülki Aviasiya İdarəsinə (FAA) istinadən məlumat yayıb.

“Bu gün Karlayl hava limanında “Cessna 150H” təyyarəsi Pensilvaniya ştatı polisinin “Bell 407GX” helikopteri ilə toqquşub. Helikopter planlı təlim əməliyyatı həyata keçirirdi və uçuş-eniş zolağına enmişdi. “Cessna” helikopterin ardınca zolağa daxil olarkən arxadan ona çırpılıb”, – FAA-dan bildirilib./report/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru