Kim Çen Inın bacısı Yaponiyanı zərbə endirməklə hədələyib

Bu gün, 12:24           
Kim Çen Inın bacısı Yaponiyanı zərbə endirməklə hədələyib
Şimali Koreya lideri Kim Çen Inın bacısı, Koreya Əmək Partiyası Mərkəzi Komitəsinin şöbə müdiri Kim Yo Çjon Yaponiyanı hərbi ekspansiyaya cəhd edəcəyi təqdirdə dərhal və məhvedici zərbə ilə hədələyib.

TEREF “Report”a istinadən xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KMTA) məlumat yayıb.

“Yaponiya yanlış seçim etməyə cəhd göstərərsə, bu dəfə dərhal endiriləcək və sağ qalmağın mümkün olmayacağı dağıdıcı zərbənin hədəfinə çevriləcək”, – o bildirib.

Kim Yo Çjonun sözlərinə görə, Şimali Koreya Yaponiyanın “hərbi ekspansiya” cəhdlərini Asiya-Sakit okean regionunda qüvvələr balansının pozulmasına səbəb ola biləcək potensial və uzunmüddətli təhlükə hesab edərək onları ciddi şəkildə izləyir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru