Amma niyə Şah İsmayıl?
Bu gün, 11:54

Şah İsmayılın guya Sovetlər tərəfindən şişirdilməsinə gəldikdə, əksinə, ötən əsrin 50-ci illərində 3 cildlik “Azərbaycan tarixi”nin (o zaman 2 cild nəzərdə tutulurdu) maketi Moskvaya göndəriləndə Moskva təkidlə Cənubi Azərbaycan tarixinin (o cümlədən Səfəvilərlə bağlı fəsillərin) kitabdan çıxarılmasın tələb etdi.
50-ci illərin ikinci yarısında orta məktəblər üçün “Azərbaycan tarixi” dərslikləri nəşr olunanda Sov. İKP MK-nın ideologiyaya baxan rəsmiləri dedilər ki, bu keçmişin vəsfidir, şahların, hökmdarların (o cümlədən Şah İsmayılın), sərkərdələrin tarixidir, xalqın tarixi deyil. Ona görə Şah İsmayılı Sovet ideologiyası ilə bağlamağın heç bir obyektiv elmi izahı yoxdur.
Amma niyə Şah İsmayıl? Ona görə ki, onun yaradıcılığı Xaqani Şirvanidən, Nizami Gəncəvidən başlayan, Nəsimidən keçən Azərbaycan ədəbiyyatının bir hissəsi idi, həm də türk dilində olan təzahürü idi. Xətaini türk dilli ədəbiyyatın əsas fiqurlarından biri idi. Onu Azərbaycan ədəbiyyatından necə çıxara bilərdilər? Xətai olanda, təbii ki, Şah İsmayıl da olurdu. Məhəmədəmin Rəsulzadə “Azərbaycan mədəniyyətinin qaynaqları” əsərində yazırdı:
“Şah İsmayılın sarayı azəri türk ədəbiyyatının yaradıcı ocağı və bir akademiyası idi. Bu saraya Həbibi kimi şairlər mənsubdu. Şeirdə “Xətai” təxəllüsündən istifadə edən İsmayıl, xalqın vurulacağı sadə bir dillə yazırdı.”
Professor Cəmil Həsənli
AZƏRBAYCAN coğrafıyası

