“Müharibədə məğlub ola bilərik” – Bəşər Əsəd

6-05-2015, 22:10           
“Müharibədə məğlub ola bilərik” – Bəşər Əsəd
Suriya prezidenti Bəşər Əsəd bəyan edib ki, uğursuzluqlar istənilən müharibənin ayrılmaz hissəsidir.

Bu barədə AzVision.az “Frans Press” agentliyinə istinadən xəbər verir.

“Bu gün biz döyüş yox, müharibə aparırıq. Müharibə bir döyüşdən yox, xeyli sayda döyüşlər seriyasından ibarətdir”, - deyə Bəşər Əsəd Suriyada şəhidlər günü çıxışı zamanı bildirib.

Suriya prezidenti vurğulayıb ki, söhbət minlərlə döyüşdən gedir və onların sonunda həm qalib, həm də məğlub olmaq olar.
Xatırladaq ki, ötən ilin iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə İraq və Şam İslam Dövləti (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

İyunun sonunda "İslam Dövləti" İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində "İslam Xilafəti" yaratdığını elan etdi. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət etdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]