Kiyev səmasında növbəti gözqamaşdırıcı parıltı göründü: bu nədir?..-FOTO

31-01-2026, 09:48           
Kiyev səmasında  növbəti gözqamaşdırıcı parıltı göründü: bu nədir?..-FOTO
30 yanvar axşamı sakinlər Kiyev bölgəsi üzərindəki səmada nadir bir təbii hadisəni - Ay halosunu müşahidə ediblər.

Moderator.az bu haqda "Fokus" nəşrinə istinadla xəbər verib.

"Kiyev üzərində Ay halosu görünə bilər", - deyə Kiyev bölgəsinin yerli telegram-kanallarında yerləşdirilən fotoların altındakı şərhdə bildirilir.

Ay halosu Ayın ətrafında böyük, parlaq bir halqa kimi görünür. Bu, yuxarı atmosferdəki buz kristallarında işığın sınması nəticəsində yaranır.

Mütəxəssislər izah edirlər ki, bu fenomenin baş verməsi üçün parlaq bir Ay və nazik buz hissəcikləri buludları birləşməlidir. Məhz bu şəraitdə işıq xarakterik işıq dairəsini əmələ gətirir.

Əlverişli hava şəraitində Ukraynada ildə təxminən 10-20 dəfə parlaq bir Ay halosu görünə bilər.

Xatırladılıb ki, 20 yanvarda Ukrayna üzərindəki səmada parlaq bir qütb parıltısı müşahidə edildi.

Moderator.az onu da xatırladır ki, 2023-cü il aprelin 19-da da Kiyev vilayəti üzərindəki səmada göz qamaşdıran parıltı qeydə alınmışdı. Mütəxəssislər həmin hadisəni kosmik cismin atmosferin sıx təbəqələrinə daxil olması ilə əlaqələndirmişdi...












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]