Bakıda özəl klinikada ölüm hadisəsi: Sertifikatı ləğv edilmiş həkim necə əməliyyat aparıb?

Bu gün, 11:24           
Bakıda özəl klinikada ölüm hadisəsi:
Ötən ilin 15 avqust tarixində Bakıda fəaliyyət göstərən “Etalon” hospitalda baş verən hadisə cəmiyyətdə ciddi suallar doğurub. Məlumata görə, 1989-cu il təvəllüdlü Nilufər Abdulla tanınmış psixoloq olsa da, plastik cərrahiyyə əməliyyatına cəlb olunub. Əməliyyatdan sonra pasiyentin vəziyyəti ağırlaşıb və nəticədə vəfat edib. Nilufər Abdulla arxasında üç azyaşlı uşaq qoyub.
Azərbaycan Respublikasının “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun 46-cı maddəsinə əsasən, tibbi fəaliyyət yalnız müvafiq ali tibbi təhsilə, ixtisasa və dövlət tərəfindən verilmiş sertifikata malik şəxslər tərəfindən həyata keçirilə bilər.
Eyni zamanda, Nazirlər Kabinetinin qərarları və Səhiyyə Nazirliyinin normativ aktları göstərir ki, sertifikatı ləğv edilmiş həkimin tibbi fəaliyyət göstərməsi qadağandır.
Bu hadisə ictimaiyyətdə bir sıra suallar doğurur: Sertifikatı ləğv edilmiş şəxs necə və hansı əsasla əməliyyat aparıb? “Etalon” hospital rəhbərliyi bu faktı niyə öncədən müəyyən etməyib? Özəl klinikalara Səhiyyə Nazirliyi tərəfindən nəzarət mexanizmi mövcuddurmu?
Mərhumun atası Mahir Abdullayev redaksiyamıza bildirib ki, Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi apardığı araşdırmadan narazıdır. Onun sözlərinə görə, qızının ölüm səbəbi açıq və konkret göstərilməyib, araşdırma prosesində şəffaflıq təmin olunmayıb.
Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 268-ci maddəsinə görə, məhkəmə-tibbi ekspertiza ölümün səbəbini, mexanizmini və tibbi müdaxilənin nəticələrini tam, obyektiv, əsaslandırılmış və açıq şəkildə göstərməlidir.
Eyni zamanda, “Vətəndaşların müraciətləri haqqında” Qanuna əsasən dövlət qurumları vətəndaşa əsaslandırılmış rəsmi cavab verməyə borcludur.
Hadisənin nəticələri ilə bağlı araşdırma davam edir. Ailə rəsmi cavab gözləyir və Mahir Abdullayev bildirir ki, cavab alındıqdan sonra ictimai açıqlama verəcək.
Bu hadisə təkcə bir ailənin faciəsi deyil. Eyni zamanda, səhiyyə sistemində nəzarətsizliyin, özəl klinikalarda məsuliyyətsizliyin və sertifikat mexanizminin əhəmiyyətinin vacibliyini göstərən acı nümunədir.
Mediatv.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]