Anar Rzayev Səni Deyirlər: AYNA-nın 1 gözü niyə kordur
Bu gün, 00:11

Əminəm, mənim kimi çoxlarının başına gəlib. Saat 22-ni keçəndən sonra park yerindən uzaqlaşanda parkinqi söndürməyi unutmusuz. Ya telefon qulağımızda olub, ya yoldaşımızla söhbətə dalmışıq, ya ürəyimizdə dünyanın min dərdini çək-çevir eləmişik, ya da elə unutmuşuq da - burda nə var ki? Növbəti saatın tamamında yox, yeni parkinq günü başlayanda yox, o biri günün ortasında mesaj gəlir - parklamanız növbəti saata keçir. Açırsan, borc artıq 10 manata çatır. Bu necə olur? AYNA, 15-ci dəqiqənin 59-cu saniyəsində 20 AZN-i maşın sahibinin cibinin qırağına sürüşdürüb 16-cı dəqiqənin 0-cı saniyəsində qəfil çıxarırsan, amma o maşın park yerindən gedir, üstündən saatlar keçir, yerinə 5-6 maşın gəlir-gedir, kameran gedişi görə bilmir? 16-cı dəqiqə prinsipi park yerindən gedən maşına niyə aid deyil? Getdi, saatı hesabla, borcunu yaz, gələn parklamanı o borc ödənəndən sonra başlat. Nə çətin işdir? Əgər bunu etməsəz, başqa təklifim də var. Yaxşı bir rəssam tapın, özünüzə yeni logo-poster hazırladın. Məsələn, gözünüzün birini dairəvi, qara, arxadan ikitərəfli bağla bağlanmış şəkildə sifariş edin. Hər gün Bakı sürücülərinə etdikləriniz bu obraza tam uyur.
Aygün Muradxanlı
TEREF

