“İnternetdən təhlükəsiz istifadə bacarıqları” layihəsi çərçivəsində növbəti təlimlər təşkil olunub

27-01-2026, 16:20           
“İnternetdən təhlükəsiz istifadə bacarıqları” layihəsi çərçivəsində növbəti təlimlər təşkil olunub
AZCON Holding şirkətlərindən olan “Aztelekom” MMC və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) təşkilatçılığı ilə “İnternetdən təhlükəsiz istifadə bacarıqları” layihəsi çərçivəsində təlimlər davam edir.
Layihənin məqsədi müəllimlər arasında internetdən düzgün istifadə vərdişlərinin formalaşdırılması, rəqəmsal savadlılığın artırılması və onlayn təhlükələrdən qorunma mədəniyyətinin inkişaf etdirilməsidir.
Hazırkı mərhələdə korporativ sosial məsuliyyəti layihələri çərçivəsində keçirilən tədbirdə Gəncə – Daşkəsən, Lənkəran – Astara, Quba – Xaçmaz və Mərkəzi Aran Regional Təhsil İdarələrinin tabeliyində olan məktəblərdən 100 müəllim üçün onlayn təlimlər təşkil olunub.
“Aztelekom”un mütəxəssisləri tərəfindən keçirilən təlimlər fərdi məlumatların qorunması, rəqəmsal təhlükəsizlik, sosial şəbəkələrdə davranış qaydaları, onlayn risklərdən qorunma üsulları və məsuliyyətli internet istifadəsi mövzularını əhatə edir.
Sessiyalar iştirakçıların aktiv iştirakı ilə real vəziyyətlər üzərində aparılan müzakirələr və praktik yanaşmalar əsasında keçirilib.
Növbəti mərhələlərdə layihənin ölkənin digər regionlarını da əhatə etməsi planlaşdırılır.
Xatırladaq ki, layihə bu günədək Lənkəran, Qusar və Şəki rayonlarının kənd məktəblərinin müəllim və şagirdlərini əhatə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]