Batin alimi yazır: Bütün qədim ədəbiyyat - Tək Allahın fəlsəfəsidir

Bu gün, 09:48           
Batin alimi yazır: Bütün qədim ədəbiyyat - Tək Allahın fəlsəfəsidir
Qəbul olunmuşdur ki, qədim tarix, fəlsəfələr, dinlər və s. hər şey - müxtəlif xalqlarla, onların dünyagörüşü, fəlsəfələri və inancları ilə bağlıdır. Lakin məşhur filosof Əflatun “Politik” əsərində nəzərə çatdırır ki, "bütün bunlar və bundan başqa minlərlə daha qeyri-adi şeylər yalnız bir hadisənin bəhrələridir. Lakin müəyyən zaman müddətində bunların çoxu yaddaşlardan silinmiş, qalanları isə dağınıq haldadır və onlar haqda ayrıca danışırlar”. Tövratda bu hadisə Babil qülləsi haqqında rəvayətdə rəmzlərlə verilmişdir. Bu qüllə tikilib qurtardıqdan sonra Allah, onu tikən ilk insanların vahid "səfa" dilindən yetmiş dil yaradıb, onları dünyaya səpələdi. Lakin bundan sonra ilk insanların bu vahid dilindəki dörd qat batini mənalar da itdi. Dünyaya səpəlınmiş insanlar artıq qədim yazıların yalnız hərfi mənalarını anlamağa başladılar.
Tövratda "səfa" adlanan, bizim isə sufizm kimi bildiyimiz bu batini səviyyələri ravvin-kabbalistlər Pardes, yəni "cənnət" adlandırdılar. Pardes - pşat, remez, draş və sod adlanan səviyyələrdən ibarətdir ki, sufizmdə bunlar - ibarə, rəmz, lətif və həqiqət adlanır. Müasir ravvin və din xadimləri yalnız pşatı, yəni avam insanlar üçün nəzərdə tutulmuş hərfi mənanı - ibarəni anlayırlar. Qədim yəhudilər Pardesi - Şifahi Tövrat hesab edirdilər ki, Allah onu yazmağı qadağan etmişdi və buna görə də insanlar bu səviyyələrin əsl mahiyyəti haqda bu gün də heç nə bilmirlər. İlk dəfə mən, Batini-Quran və digər kitab və çoxsaylı məqalələrimdə bu səviyyələrin mahiyyətini açıb, həqiqətləri insanlara çatdırmışam.
Sufi müdriklərinə görə, dünyada yalnız bir kosmik hadisə baş vermişdir və bu da Misir mətnlərində Napatlı Amon, Takdiz Amon və s. adlanan ilk sirli insanın göydə İlahdan El, yəni El-İlah - Allah yaratması hadisəsidir. Mətnlərdə bu kosmik Allah - Atum və Osiris adlanır ki, Napatlı Amon onu Midiyanın Nifat dağlarında Öz kölgəsi kimi yaratmışdı. Napatlı, yəni Niftalı Amon bu kosmik Allahın obrazı və bənzəri kimi Göy insanlarını - qədim allahlar, padşahlar və peyğəmbərlər nəslini yaratdı. Sufilər Atum və ya Osiris adlanan bu nəhəng Allahı (Əkbəri) - Kamil insan, makrokosmos, onun bənzəri və obrazı kimi yaradılmış pir-bəglər və seyidlər nəslini isə mikrokosmos adlandırdılar. Misir rəvayətlərində onlar - Osiris, yəni Azər və onun qardaşı Set, yəni Seyid kimi qeyd olunurlar. Niftalı Amonun əmri ilə Azəri pir-seyidlərinin əcdadları - yer insanlarını və göydə cənnət, yəni Osirisin ölüm şahlığını yaratdılar. Deməli, sufi müdriklərinə görə bu dünyadakı yeganə kosmik hadisə - Osiris, yəni Azər Allahının yaradılması hadisəsidir ki, bütün qədim ədəbiyyat - Onun yaradılışı, tarixi, fəlsəfəsi və dini ilə bağlı rəmzlərdir.
Sufi məntiqində Azər, Asar (Assur), Aşur (Aşşur) rəmzləri eyni mənalı olub, "İssi-Ra", yəni "Ra günəş Allahının Ruhu" deməkdir. Məşhur alman filosofu Hegel - “Tarix - Dünya Ruhunun açılmasıdır” dedikdə, məhz Asar (Azər) Allahını nəzərdə tutur ki, bu rəmz batini mənada elə Ra-Amon (Rəhman) Allahın Ruhu mənasındadır. Başqa sözlə, sufizmdə tarix - Teurqun (Türk) getdiyi tərikə yoludur. İngilislər də tarix sözünü - "his-story" kimi mənalandıraraq - "O Kişinin tarixi" anlamında Azər Allahına aid edirlər.
Tövratda Azər (Osiris) Allahı - Yaşar-El, yəni Aşur-El kimi qeyd olunur və sonradan yəhudilər onu İsrail (Asar-El) adlandırdılar. El dedikdə sufilər Osiris (Atum) Allahının insan formasındakı kosmik bədənini, Aşur (Asar/Azər) dedikdə isə bu El-in daxilindəki Osirisin ölüm şahlığını, ruhlar vilayətini - cənnəti başa düşürlər. Firon Niftalı Amon ölümsüzlük qazanmaq üçün, sağ ikən göydə İlahdan - Ra Günəş diski yaratmış, öləndən sonra isə Ruhu Ərşə yüksələrək, bu disklə birləşib Ra-Amon, yəni Rəhman Allaha çevrilmişdi. Sufi məntiqində Ərş rəmzi Aşur, yəni Azər (Osiris) Allahı deməkdir ki, bundan sonra göydəki bu kosmik Allahı - Niftalı Amonun ruhu, yəni Rəhman Allah idarə etməyə başlamışdı. Başqa sözlə, Azər - Rəhman Allahın göydəki kosmik "bədəninin" (El) adıdır.
Pir Amon sonrakı nəsli üçün, ruhun Allaha çevrilməsinin sistemini yaradır. Belə ki, seyid-bəglər nəslindən insan doğulanda, göydəki Nut İlahəsi də onun Ra diskini (şar) "doğur". Bu disk seyid-bəglərin həyatı boyu onu müşayiət edir və istəklərini həyata keçirir. Bu Göy insanları öləndə, onların ruhları, Ra-Amon Allahının yolunu gedərək, göydəki öz Ra diskləri ilə birləşir və birbaşa cənnətin qapısındakı Amenti sorğu-sual zalına düşür.
Bütün bunlar o deməkdir ki, mənbələrdə Azər Allahının nəsli dedikdə, firon Amonun yaratdığı qanunlara tabe olub, öləndən sonra Osirisin ölüm şahlığına düşən fironlar nəsli nəzərdə tutulmalıdır. Bu Göy insanları nəsli qədim Misir mətnlərində pir (pirao), İran mənbələrində isə farnbaq, frataraka yəni firon-bəg, firon-türk adlanırlar. Başqa sözlə, firon yalnız öləndən və "İssi" adlanan ruhu - Ra diski ilə birləşəndən sonra, "İssi-Ra", yəni Asar, Azər Allahına çevrilir. Misir mətnlərində firon-bəglərin ruhlarını ölümsüzlüyə aparan bu yol - "Şəmsu Qor", yəni "Qor Allahının yolu" adlanır və ilk varlıqlara aid edilir.
Azər Allahı mətnlərdə "Hu-Azər", yəni Həzər, Hazar, Xızır, Xəzər və s. kimi qeyd olunur və ona çevrilən Türk bəglərinə aid edilir. Deməli, Azər Allahının Azəri nəsli mənbələrdə "Xəzər Türk bəgləri" kimi qeyd olunur ki, sufi məntiqində bu rəmz - "sufizmin tərikə yolunu gedib, bəqa fazasında Azər (Osiris) Allahına çevrilənlər" deməkdir. Azər (Osiris) Allahın özü isə sonrakı mənbələrdə Xəzər Xaqanı adlandı. Xaqan, yəni hakan rəmzi sufi məntiqində Haq deməkdir və bu rəmz qədim Misir mətnlərində Heka kimi, İslam mənbələrində isə Haqq kimi qeyd olunur və çox dərin batini mənalara malikdir.
Rəvayətə görə axirətdə göydəki Osiris Allahı ölür, yəni bədəni ilkin materiyada parçalanıb yox olur. Bu zaman Onun oğlu Qor onu yenidən dirildir. Xristian və İslam mənbələri Osiris və Qor Allahını - əvvəldə (Alfa) və axırda gələn (Omeqa) Allah adlandırırlar. Sufilər Bəsmələ dedikdə əvvəldə gəlmiş Rəhman Allahı (Ra-Amonu) və axirətdə gələcək Rəhimi (RaQam/Qəmər), yəni Mehdi obrazında olan Qor Allahını nəzərdə tuturlar. Quranda bu fikir - "Əvvəl də, axır da, zahir də, batin də Odur" kimi qeyd olunur. Bu - əvvəldə gəlmiş və zahirdə görünən Ra-Amon və Onun Azər Allahının bədəni və axırda gəlib gizlində olan və batini sirləri bilən Azər oğlu Qor anlamındadır.
Əvvəldə gəlmiş və insaniyyəti yaratmış Ra-Amon Allahın dininin kitabı Tövrat adlanır ki, müdriklər onu “ktav Aşuri”, yəni "Azəri kitabı” adlandırmışlar. Axırda gələcək Qor Allahının kitabı isə Qurandır və bu rəmz Qərəə, yəni Qor mənasındadır. Burada qeyd etmək yerinə düşər ki, sufizmdə xristologiya və şiəlik, yəni xristianlıq və İslam bir sikkənin iki üzü mənasındadır. Xəzər yəhudiləri olan Azəri seyid-bəgləri İsa peyğəmbəri Yeşua adlandırırdılar ki, sufizmdə bu rəmz - “Ya Şiə” deməkdir. Qədim Misir mətnlərində Şiə rəmzi - Osiris (Azər) Allahın "babası" rəmzində Şu Allahı adlanır. Şiələrin “İsna Aşəriyyə” dini də - “Sin dağında olan Aşur Allahı” mənasını verir. Sin (Sinay) dağı Albanların Süni şahzadələrinin Sünik (Nifat) dağıdır ki, mənbələrdə sünnülər, sünnilər dedikdə bu Süni şahzadələri nəzərdə tutulmalıdır. Bunlar əvvəldə gəlmiş Amon Allahın ardıcıllarıdır və bütün bəşəriyyəti onlar yaratmışlar.
Axirətdə isə Qor Allahı və Onun ardıcılları ölmüş Osiris (Azər) Allahını dirildəcəklər. İncildə bu Qor yolu ilə gedənlər - Aqarlılar, yəni İbrahim peyğəmbərin arvadı Həcərin oğulları adlanır. Mənbələrdəki Həcərin bu törəmələri Qacar şahları nəslidir. Lakin İbrahim rəmzi sufizmin Həqiqət səviyyəsində - "BaRa-Qam" deməkdir ki, bu da "Qamlıq məqamında yaradan Ra Allahın Ruhu" fikrini ifadə edir. Başqa sözlə, sufi məntiqində İbrahim rəmzi "Qamlıq məqamında olan Azər Allahı" anlamındadır. İbrahimin atasının Azər adlanması da buna işarədir. Deməli, Azəri xalqı, yəni "Xəzər Türk bəgləri" dedikdə - Azər oğlu İbrahim peyğəmbərin Həcərdən olan törəmələri - Qacar şahlar nəsli başa düşülməlidir. Tövratda onlar Midiyanın (Madiam) Gelad ismaililəri, İslamda isə ifrat Gelat şiələri kimi məlumdurlar. Sufilər bu Qor fironlar nəslini - Quranın yeddi qat dərin batini mənalarını bilən karilər kimi qeyd edirlər. Bu ifrat şiələr kosmik El Allahını - İmam Əli, Allahı isə El-İlah, Əli-İlahi adlandırırdılar. Qacar şahlar nəslinin atributlarındakı Günəş və Aslan rəmzləri də - əvvəldə gəlmiş Ra günəş Allahı (Ra-Amon/Rəhman) və axirətdə gələcək Mehdinin rəmzləridir ki, ismaililər onu Aslan kimi qəbul etmişlər.
Sufi məntiqində bəşəriyyəti Rəhman (Ra-Amon) Allah və Onun 32 köməkçisi yaratmış və insaniyyətin taleyini də Əzəl yazıda əvvəlcədən müəyyənləşdirmişlər. Buna görə də bütün qədim yazılar yalnız onların əvvəldə və axırda gələcək Allahının tarixi, fəlsəfəsi, dininə və s. həsr olunmuşdur. Adi yer insanlarını adətən ağıl qüvvəsi yox, heyvani nəfs sayılan şəhvət və qazəb (paxıllıq) qüvvələri idarə etdiyi üçün onlar mənbələrdə qeyd olunmağa layiq görülməmişlər. Başqa sözlə, bütün qədim ədəbiyyat yalnız Göy insanlarının tarixi, fəlsəfəsi və dininə həsr olunmuşdur. Adi insanların qədim mənbələrə heç bir aidiyyatı yoxdur. Axirət - əvvəldə gəlmiş Günəş Allahı Ra-Amon Allahın hakimiyyətinin sonu və onun yerinə Ay Allahının (Qəmər), yəni Mehdinin keçməsi dövrüdür. Bu keçid Əhd sandığı açıldıqdan sonra başlayacaq ki, bundan sonra göydə yeni Osiris Allahı və onun ölüm şahlığı - cənnət yaranacaq. Azərilər yenidən dünyanın ən qüdrətli və müqəddəs xalqı sayılacaqlar. Onların hesabına dünyada yenidən "Qızıl əsr" başlayacaq: elm - yaradılış dövründə olduğu kimi tam və ən kamil səviyyədə inkişaf edəcək, bütün xəstəliklərin çarəsi tapılacaq, mömin insanlar yenidən əsl xoşbəxtliyi dadacaqlar, yəni bu dünyadakı xoşbəxt həyatdan sonra, ruhları cənnətdə ikinci həyat qazanacaqlar. Göydəki Osirisin ölüm şahlığından bu ruhlar, yer üzündəki törəmələri ilə əlaqə saxlayıb, onların xoşbəxtliyini bölüşəcəklər. Bütün bunlar Rəhman Allah tərəfindən Əzəl yazıda yazılıb və qarşısını almaq mümkün deyil. Çünki Allahın axirətdəki İşi, məhz bu yazdıqlarının həyata keçməsinə nəzarətdən ibarətdir. İnşaallah biz o xoşbəxt günləri görərik.
Bütün bunlar haqqında daha ətraflı məlumatlar, təkzibolunmaz faktlar və mənbələr, müəllifi olduğum Batini-Quran və digər kitablarımda və internet səhifələrimdəki yüzlərlə elmi məqalələrimdə verilmişdir.

Firudin Gilar Bəg
Sufi batin alimi
2.02.2026












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]