“Belə insanlarla mədəniyyətdən danışmaq olmaz” - Makron özündən çıxdı

12-05-2026, 16:34           
“Belə insanlarla mədəniyyətdən danışmaq olmaz” -
Fransa Prezidenti Emmanuel Makron Nayrobidə keçirilən “Afrika irəli” sammitində zalda yaranan səs-küyə dözməyərək çıxışını kəsib.
“Sputnik” xəbər verir ki, hadisə mayın 11-də afrikalı iştirakçıların səhnədə siyasi məsələləri müzakirə etdiyi vaxt baş verib.
Zaldakı uğultunun kəsilmədiyini və insanların natiqlərə məhəl qoymadan ucadan danışdığını görən Makron emosiyalarını cilovlaya bilməyib.

Mikrofona yaxınlaşan Fransa lideri səs-küy salanlardan sükut tələb edib.:

“Bağışlayın, hey, üzr istəyirəm, amma bu qədər səs-küy olan yerdə belə insanların bura gəlib çıxış etməsi və mədəniyyətdən danışması qeyri-mümkündür. Əgər ikitərəfli görüşlər keçirmək və ya başqa mövzularda danışmaq istəyirsinizsə, bunun üçün xüsusi otaqlar var, kənara çıxa bilərsiniz”.

Qeyd edək ki, onun bu görüntüləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru