"Forbes"ə görə dünyanın ən çox qazanan 10 kontent yaradıcısı

Bu gün, 12:44           
"Forbes"ə görə dünyanın ən çox qazanan 10 kontent yaradıcısı
Sosial media artıq təkcə əyləncə platforması deyil, həm də milyardlarla dollarlıq biznesə çevrilib. Dünyanın ən məşhur kontent yaradıcıları (creator) milyonlarla izləyici toplamaqla yanaşı, öz media şirkətlərini qurur, məhsul istehsal edir və müxtəlif sahələrə investisiya yatırırlar.

"Forbes" 2026-cı il üzrə dünyanın ən güclü və ən çox qazanan 10 kontent yaradıcısının reytinqini açıqlayıb.

Reytinqə daxil olan şəxslərin 2025-ci ilin martından 2026-cı ilin martına qədər əldə etdiyi ümumi gəlir 1,02 milyard dollar təşkil edib. Bu göstərici ötən illə müqayisədə 20%, 2022-ci ildə dərc olunan ilk reytinqlə müqayisədə isə 80% çoxdur.

"Forbes"in məlumatına görə, kontent yaradıcıları artıq təkcə sosial şəbəkələrdə video paylaşmır. Onlar yüzlərlə əməkdaşın çalışdığı studiyalar qurur, reklam kampaniyalarına rəhbərlik edir, film və seriallar istehsal edir, texnologiya şirkətlərinə investisiya yatırır və öz brendlərini yaradırlar.

Məsələn, "YouTube" fenomeni MrBeast (Jimmy Donaldson) media, qida məhsulları, analitika və lisenziyalaşdırma bizneslərini birləşdirən Beast Industries şirkətini idarə edir. Şirkətin bazar dəyərinin təxminən 5 milyard dollar olduğu bildirilir. Bu il şirkət yeniyetmələr üçün investisiya və maliyyə savadlılığı tətbiqi olan Step-i də satın alıb.

Reytinqin ikinci pilləsində Dhar Mann qərarlaşıb. Onun komandası həftə ərzində təxminən 300 milyon baxış toplayan rəqəmsal məzmun hazırlayır. Üçüncü yerdə isə podkast, media və investisiya biznesi ilə tanınan Steven Bartlett yer alıb.

Forbes-in 2026-cı il üzrə ən çox qazanan ilk 10 kontent yaradıcısı:

Sıra Ad Gəlir
1 MrBeast 300 milyon dollar
2 Dhar Mann 65 milyon dollar
3 Steven Bartlett 52 milyon dollar
4 Markiplier 38 milyon dollar
5 Rhett & Link 37 milyon dollar
6 Charli D’Amelio 18 milyon dollar
7 Druski 20 milyon dollar
8 IShowSpeed 30 milyon dollar
9 Mark Rober 30 milyon dollar
10 Codie Sanchez 31 milyon dollar












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru