Almaniyada alman dilini bilməyən insanların bu göldə üzməsi qadağandır
Bu gün, 10:58

Almaniyanın şərqində yerləşən Halle şəhərindəki məşhur Haydezee (Heidesee) gölünün administrasiyası təhlükəsizlik qaydalarını əsas gətirərək alman dilini yetərincə bilməyən ziyarətçilərin suya girməsini qadağan etməyə başlayıb və bu qərar ölkədə böyük səs-küyə səbəb olub.
32gun.az xarici KİV-ə istinadən xəbər verir ki, Çimərliyin rəhbəri Matias Nobel girişdə dil yoxlanışının aparılmasını keçmişdə bəzi şəxslərin xilasedicilərin səsgücləndirici ilə etdiyi xəbərdarlıqlara məhəl qoymaması ilə izah edib və keçmiş mədən yerində yerləşən gölün kəskin dərinləşən relyefinə görə məsuliyyətin onun üzərində olduğunu bildirərək, "Bir hadisə baş versə, hamı məni günahlandıracaq, ölümü isə geri qaytarmaq olmaz" deyə qərarını müdafiə edib.
Lakin bu addım rəsmi qurumların və hüquq müdafiəçilərinin sərt reaksiyası ilə qarşılaşıb. Almaniya Federal Antidiskriminasiya Agentliyi bu yanaşmanı qeyri-mütənasib adlandıraraq böyük insan qrupları üçün ədalətsiz baryer yaradıldığını qeyd edib, həmçinin vəziyyəti İspaniyanın Mayorka adasına gedən alman turistlərinə yerli dili bilmədikləri üçün dənizə girməyin qadağan edilməsi ehtimalı ilə müqayisə edib. Eyni zamanda, Halle şəhər rəhbərliyi ictimai istirahət zonalarının hər kəs üçün açıq olmasını tələb edib, Almaniya Xilasedicilər Assosiasiyası (DLRG) isə bu qadağadan uzaq duraraq problemi dil yoxlanışı ilə deyil, beynəlxalq piktogramlar və çoxdilli təhlükəsizlik təlimatları ilə həll etməyi təklif edib. "The Guardian" nəşrinin məlumatına görə, göl rəhbərliyi hərəkətlərində ayrı-seçkilik olmadığını iddia etsə də, məsələnin məhkəmə müstəvisinə daşınacağı gözlənilir.
Maliyyə Bazarında Şok: İki Nəhəng Terminal Şəbəkəsinə Milyonluq Cərimə!
Digər bir diqqətçəkən hadisə isə Ukraynada baş verib; ölkənin iki ən böyük ödəniş terminalı şəbəkəsi olan "EasyPay" və "City24" may yoxlamalarının nəticələrinə əsasən Milli Bank tərəfindən rekord məbləğdə — hər biri 135 milyon qrivna (təxminən 3.3 milyon dollar) olmaqla cərimələnib. Maliyyə tənzimləyicisinin rəsmi açıqlamasına görə, cəriməyə səbəb ilkin maliyyə monitorinqinin düzgün təşkil edilməməsidir. Sadə dillə desək, Milli Bank hər iki şirkətin öz terminalları vasitəsilə dövriyyə edən pulların mənşəyini yetərincə ciddi və şəffaf şəkildə yoxlamadığını müəyyən edib.

