"Ana olmaq istəyirəm" — Hadisə

Bu gün, 12:34           
"Ana olmaq istəyirəm" — Hadisə
Almaniyada səhnəyə çıxan məşhur türk müğənni Hadise konsert zamanı şəxsi həyatı ilə bağlı səmimi açıqlamaları ilə gündəmə gəlib.

Demokrat.az xəbər verir ki, enerjili çıxışı və səhnə performansı ilə minlərlə pərəstişkarını bir araya toplayan sənətçi, çıxışı zamanı ikinci dəfə bibi olmağın sevincini yaşadığını bildirib.

Hadise söhbət əsnasında analıq arzularına da toxunaraq “özünü hazır hiss etdiyini” deyib:

“İndi bibi olsam belə bu hissləri yaşayıram. Ana olanda necə olacağını çox maraq edirəm. Özümü ana olmağa hazır hiss edirəm. Amma əvvəlcə doğru partnyoru tapmaq lazımdır”, – deyə o bildirib.

Konsert zamanı tamaşaçılar arasında yaranan coşqu da diqqət çəkib. Pərəstişkarlar müğənni ilə adı tez-tez hallandırılan Murat Boz üçün “Murat, Murat” şüarları səsləndiriblər.

Hadise isə bu reaksiyaya gülümsəyərək cavab verib və mövzu ilə bağlı əlavə şərh verməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru