Milyardlarla illik səyahət Günəşdə başa çatdı

Bu gün, 17:08           
Milyardlarla illik səyahət Günəşdə başa çatdı
Daha əvvəl məlum olmayan bir kometa hazırda Günəşdə yanaraq məhv olub.
Bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası özünün "Telegram" kanalında məlumat yayıb.

Bildirilib ki, bu səma cisminin nə rəsmi adı, nə də kataloqlarda qeydiyyat nömrəsi olub. Alimlərin sözlərinə görə, söhbət milyardlarla il əvvəl formalaşmış kiçik bir kosmik cisimdən gedir. Hadisələrin gedişi nəticəsində nəhəng planetlərin cazibə qüvvəsinin təsiri ilə o, birbaşa Günəşə doğru istiqamətlənib.

"Bu, sadəcə kiçik, indiyədək heç kimə məlum olmayan, milyardlarla il əvvəl yaranmış və təsadüflər zənciri nəticəsində nəhəng planetlərin cazibə qüvvəsinin təsiri ilə birbaşa Günəşə doğru yönəlmiş bir daş idi. O, ölümündən bir an əvvəl alovlandı və dərhal da əbədi olaraq söndü. Həqiqətən kədərlidir", - deyə laboratoriyanın paylaşımında bildirilir.

Mütəxəssislər qeyd ediblər ki, Günəşlə toqquşmadan qısa müddət əvvəl kometa parlaq şəkildə alovlanıb. Lakin bu parıltı cəmi bir neçə an davam edib və səma cisminin mövcudluğunun sonunu ifadə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru