Haluk Leventin qardaşı həbs edildi

Bu gün, 11:34           
Haluk Leventin qardaşı həbs edildi
İstanbul Anadolu Baş Prokurorluğu tərəfindən Şile Bələdiyyəsi ilə bağlı aparılan istintaq çərçivəsində yeni əməliyyat keçirilib.

Demokrat.az xəbər verir ki, əməliyyat zamanı ümumilikdə 18 şübhəli saxlanılıb, onlardan 17-si nəzarət altına alınıb. Daha sonra 13 nəfər barəsində həbs qətimkan tədbiri seçilib, 4 nəfər isə məhkəmə nəzarəti şərti ilə azadlığa buraxılıb.

İttihamlar arasında cinayətkar təşkilat qurma və ona üzvlük, rüşvət alma və vermə, hədə-qorxu ilə pul tələb etmə və tender proseslərində saxtakarlıq kimi ağır cinayətlər yer alır.

Saxlanılanlar sırasında tanınmış sənətçi Haluk Levent-in qardaşı Berkant Acil də var. O, istintaq çərçivəsində həbs edilərək istintaq təcridxanasına göndərilib.
İstintaq hələ davam edir və yekun hüquqi qərarlar məhkəmə prosesindən sonra veriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru