Davamlı inkişaf reytinqi açıqlandı: Şimali Avropa yenə zirvədə - TOP-20

Bu gün, 15:24           
Davamlı inkişaf reytinqi açıqlandı: Şimali Avropa yenə zirvədə - TOP-20
Birləşmiş Millətlər Təşkilatının 2015-ci ildə qəbul etdiyi və 2030-cu ilədək həyata keçirilməsi nəzərdə tutulan 17 Davamlı İnkişaf Məqsədi əsasında hazırlanmış yeni hesabat ölkələrin sosial, iqtisadi və ekoloji göstəricilər üzrə vəziyyətini ortaya qoyub.

Valyuta.az xəbər verir ki, yoxsulluğun azaldılması, təhsil keyfiyyətinin artırılması, infrastrukturun inkişafı və dayanıqlı şəhərləşmə kimi meyarlar əsasında aparılan qiymətləndirmələr qlobal mənzərədə ciddi fərqləri göstərir.

Reytinqin liderliyini ənənəvi olaraq Şimali Avropa ölkələri qoruyub saxlayıb. Finlandiya birinci yerdə qərarlaşıb. Onu İsveç, Danimarka və Norveç izləyir. Almaniya, Fransa və Böyük Britaniya da ilk 20-likdə yer alır.

ABŞ isə 2015-ci ildəki 40-cı yerdən 45-ci yerə enib. Türkiyə isə siyahıda 77-ci yerdə qərarlaşıb.

Hesabatın diqqət çəkən məqamlarından biri Çinin irəliləyişidir. 2015-ci ildə 63-cü yerdə olan Çin bu dəfə 14 pillə irəliləyərək 49-cu yerə yüksəlib. Mövcud tendensiya davam edərsə, Çin yoxsulluq və təhsil kimi əsas göstəricilərdə ABŞ-a yaxınlaşa bilər.

Hindistan da son illərdə 18 pillə irəliləyərək böyük iqtisadiyyatlar arasında ən sürətli yüksələn ölkələrdən biri olub. Vyetnam, Filippin və Efiopiya da regional inkişaf nümunələri kimi göstərilir.

İlk 20-lik

1. Finlandiya
2. İsveç
3. Danimarka
4. Norveç
5. Almaniya
6. Avstriya
7. Fransa
8. Böyük Britaniya
9. İslandiya
10. Çexiya
11. Polşa
12. Estoniya
13. Xorvatiya
14. Latviya
15. Sloveniya
16. İspaniya
17. Portuqaliya
18. Belçika
19. Niderland
20. Yaponiya

Hesabatda qeyd olunur ki, qlobal miqyasda Davamlı İnkişaf Məqsədi hədəflərinin yalnız 16%-inin 2030-cu ilədək tam yerinə yetirilməsi gözlənilir. Xüsusilə iqlim fəaliyyəti, dəniz və quru ekosistemlərinin qorunması, eləcə də dayanıqlı istehlak sahələrində ciddi geriləmələr mövcuddur.

Davamlı İnkişaf Həlləri Şəbəkəsinin rəhbəri Ceffrey D. Şaks mövcud geosiyasi gərginliklərin və münaqişələrin bu prosesləri ləngitdiyini bildirib və sülhün təmin edilməsini ən təcili prioritet kimi vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru