Boliviyada sabiq prezidentin saxlanılması üçün order verildi

12-05-2026, 15:18           
Boliviyada sabiq prezidentin saxlanılması üçün order verildi
Boliviyanın Tarixa departamentinin məhkəməsi sabiq prezident Evo Moralesin saxlanılması ilə bağlı order verib.

Bu barədə "El Deber" qəzeti məlumat yayıb.

Məhkəmə dinləmələri mayın 11-də başlayıb, lakin sabiq dövlət başçısı prosesdə iştirak etməyib.

Onun vəkilləri Moralesin məhkəməyə çağırılması barədə qanunvericiliyə uyğun şəkildə məlumatlandırılmadığını iddia ediblər.

Məhkəmə isə müdafiə tərəfinin arqumentlərini qəbul etməyərək Moralesi itaətsizlikdə ittiham edib.

Boliviya qanunvericiliyinə əsasən, bu qərar məhkəməyə sabiq prezidentin saxlanılması üçün tədbir görmək hüququ verir.

2024-cü ilin dekabrında Tarixa prokurorluğu Moralesə qarşı insan alveri maddəsi ilə ittiham irəli sürüldüyünü açıqlamışdı.

İstintaqın versiyasına görə, 15 yaşlı qızın valideynləri onu dövlət sektorunda karyera qurması məqsədilə Moraleslə tanış ediblər.

İddialara əsasən, sabiq prezidentlə münasibət nəticəsində azyaşlı hamilə qalıb. Qızın valideynlərinə qarşı da ittiham irəli sürülüb.

Evo Morales isə özünü siyasi təqibin qurbanı hesab etdiyini bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru