Bu məşhur şəhərin küçə süpürgəçiləri modellərdən GÖZƏLDİR – VİDEO

Bu gün, 09:34           
Bu məşhur şəhərin küçə süpürgəçiləri modellərdən GÖZƏLDİR – VİDEO
İspaniyanın Barselona şəhərində çalışan küçə süpürgəçiləri sosial şəbəkələrdə gündəmə çevriliblər.

TEREF xəbər verir ki, onların xarici görünüşü və özünəinamlı tərzləri dünya mediasında və internet istifadəçiləri arasında geniş maraq doğurub.

Paylaşılan görüntülərdə şəhərin küçələrini təmizləyən xanım işçilərin diqqətçəkən görünüşü izləyicilərin marağına səbəb olub. Bir çox istifadəçi onların modellərə bənzədiyini yazaraq videoları geniş şəkildə paylaşıb.

Müzakirələr zamanı bildirilib ki, Barselona şəhərində küçə təmizliyi sahəsində çalışmaq nüfuzlu peşələrdən biri hesab olunur. İddialara görə, bu sahədə çalışan şəxslər yüksək əməkhaqqı və sosial təminat əldə etdikləri üçün işə maraq böyükdür.

Sosial media istifadəçiləri xüsusilə xanımların özünəinamlı davranışlarını və işlərini rahat şəkildə yerinə yetirmələrini təqdir ediblər. Bəzi izləyicilər isə “gözəllik və zəhmət bir arada” kimi şərhlərlə mövzuya münasibət bildiriblər.

Görüntülər qısa müddətdə müxtəlif platformalarda yayılaraq geniş müzakirələrə səbəb olub./Milli.az













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru