İsraildə GÜCLÜ PARTLAYIŞ - İnsanlar şəhəri tərk edir
Bu gün, 10:08
İsrailin Beyt-Şemeş şəhəri yaxınlığında yerləşən dövlətə məxsus "Tomer" hərbi-müdafiə zavodunda güclü partlayış baş verib. Gecə saatlarında qeydə alınan güclü partlayış səsindən və səmada görünən böyük alov kütləsindən sonra yerli sakinlər arasında ciddi təşviş yaranıb.
NOCOMMENT.az xəbər verir ki, bəzi kütləvi informasiya vasitələri hadisənin qəza və ya nəzarətdən çıxan insident olduğunu iddia etsə də, rəsmi qurumlar bu versiyaları təkzib edib. Raket mühərrikləri istehsal edən "Tomer" şirkəti bəyanat yayaraq bildirib ki, səs-küyə səbəb olan partlayış əvvəlcədən planlaşdırılmış nəzarətli sınaq (eksperiment) prosesidir və sınaq tam olaraq qrafikə uyğun baş tutub.
Hadisə nəticəsində hər hansı xəsarət alanın və ya dağıntının qeydə alınmadığı, vəziyyətin tam nəzarət altında olduğu vurğulanıb.