ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus iki EA-18G Growler təyyarəsi havada toqquşub və yerə çırpılıblar VİDEO
Bu gün, 08:38
ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus iki EA-18G Growler təyyarəsi Aydaho ştatındakı "Mountain Home" Hərbi Hava Qüvvələri Bazasında keçirilən "Gunfighter Skies" aviaşou zamanı havada toqquşub və onlar yerə çırpılıb. Sosial mediada geniş yayılan videolara görə, toqquşma baş verən zaman iki təyyarə nümayiş uçuşunun bir hissəsi kimi manevrlər edirdi. Parıltılar, yanğın, qara tüstü və bir neçə paraşüt atılması görünür. Dörd heyət üzvünün hamısı (hər təyyarədə iki nəfər) təhlükəsiz şəkildə katapult edib. Hazırda ölən və ya yaralananlar barədə məlumat yoxdur. Ədalət Verdiyev TEREF