Politoloq Sergey Mixiyev və milyarder İqor Xudkormovu millətçi “Rus icması” qruplaşmasına sponsorlu edirlər

Bu gün, 09:09           
Politoloq Sergey Mixiyev və milyarder İqor Xudkormovu millətçi “Rus icması” qruplaşmasına sponsorlu edirlər
Rusiyada miqrantlara qarşı reydlər və təqiblərdə iştirak edən millətçi “Rus icması” qruplaşmasına politoloq Sergey Mixiyev və milyarder İqor Xudkormovun fondları sponsorluq edir.
AzadlıqRadiosunun Rusiya xidməti yazır ki, bu barədə məlumat “BBC Eye” və BBC-nin rusca xidmətinin araşdırmasında yer alıb.
Xudokormov Rusiyada nəhəng şəkər istehsalçısı olan “Prodimeks” aqroholdinqinin sahibidir. Yerli mətbuat onu həm də “şəkər kralı” adlandırır. Ehtiyata göndərilmiş zabit olan Xudokormovun aktivləri “Forbes”ə görə 2026-cı ildə 1.9 milyard dollar olub. Araşdırmaya görə, Xudokormov Rusiya baş nazirinin müavini və Federal Təhlükəsizlik Xidmətinin (FSB) keçmiş rəhbəri Nikolay Patruşevin oğlu Dmitri Patruşevin himayəsi altındadır. Üstəlik, Xudokormovun rəhbəri olduğu “Prodimeks” Avropa Birliyinin vacib ticarət patrnyorlarından sayılır.
Sergey Mixiyevə gəlincə isə BBC yazır ki, o tez-tez aparıcı Vladimir Solovyevin verilişlərində görünür. Onun FSB-nin ehtiyatda olan polkovniki Valeri Maksimovun kuratorluğun xaricdəki müxtəlif seçki kampaniyalarında iştirak etdiyi bildirilib.
BBC yazır ki, “Rus icması”nın Yaroslavl təmsilçiliyinin nümayəndəsi Pavel Omelnitski təşkilatın fəaliyyətini FSB və İstintaq Komitəsi ilə razılaşdırdığını onlara təsdiqləyib. Bundan öncə “Meduza” saytı da bu təşkilatın FSB ilə yaxın əlaqəsi olduğunu və onun yaradılmasında məqsədin millətçilərdən istifadə edib, sonra onları “superterrorçu” kimi tutmaq olub. Lakin sonradan təşkilat Rus Pravoslav Kilsəsinin nəzarətinə keçib.
“Rus İcması” 2020-ci ildə yaradılıb. Onun Rusiyanın demək olar ki, bütün böyük şəhərlərindən nümayəndəlikləri mövcuddur. Onun üzvləri mütəmadi olaraq antimiqrant reydlərində iştirak edirlər. Burada hədəf isə əsasən MDB ölkələrindən o cümlədən Azərbaycandan olan miqrantlar olurlar. Bir çox hallarda təşkilat üzvləri miqrantların təqiblərində birbaşa iştirakçı olurlar.
Rusiya miqrantlara qarşı qaydaları son bir neçə ildə sərtləşdirib. Xüsusilə Mərkəzi Asiya ölkələrindən olan miqrantlar təqiblərə məruz qalıblar. Moskva həmçinin Azərbaycan da daxil bir sıra ölkələrdən miqrant qəbulunu çətinləşdirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru