İki zəvvar təyyarəsi Azərbaycandan Həcc ziyarətinə yola düşdü

Bu gün, 08:44           
İki zəvvar təyyarəsi Azərbaycandan Həcc ziyarətinə yola düşdü
Bu gün iki zəvvar təyyarəsi Azərbaycandan Həcc ziyarətinə yola düşüb.

Bu barədə APA-ya Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.

"Birinci təyyarə ilə yola düşən zəvvarlar artıq Cöhfə miqatındadırlar. Orada ehram bağlayıb gecə saatlarında Məkkəyə çatacaqlar. İkinci zəvvar təyyarəsi isə indi yola düşdü. Onlar birinci təyyarədəki zəvvarlardan fərqli olaraq, Ciddədən birbaşa Məkkəyə gedəcəklər”,- Vüsal Cahangiri bildirib.

Xatırladaq ki, 2026-cı il Həcc mövsümündə bir nəfər üçün ziyarət paketinin qiyməti 6100 ABŞ dolları müəyyən edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru