"2 milyarddan çox insanın içməli suya çıxışı yoxdur" - Marsudi

Bu gün, 10:24           
"2 milyarddan çox insanın içməli suya çıxışı yoxdur" - Marsudi
2 milyarddan çox insanın hələ də təhlükəsiz içməli suya çıxışı yoxdur. 3,5 milyard insan hələ də təhlükəsiz şəkildə idarə olunan sanitariya şəraitindən məhrumdur. 2050-ci ilə qədər qlobal əhalinin təxminən 70 faizi şəhərlərdə yaşayacaq. Buna görə də su perspektivini şəhərsalma siyasətinə inteqrasiya etməkdən başqa yolumuz yoxdur.

"32gun.az" xəbər verir ki, bu sözləri AzərTAc-a müsahibəsində BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən BMT-nin Su üzrə Xüsusi Elçisi Retno Marsudi deyib.

O bildirib ki, su, şəhərsalma siyasətinin görünməz təməlidir. Odur ki, bir daha Su üzrə Xüsusi Elçi kimi bu müzakirədə su perspektivini nəzərə almağınızdan çox şadam.

Azərbaycanın bir çox məsələlərdə liderlik nümayiş etdirdiyini deyən Retno Marsudi ölkəmizdə keçirilən COP29-u xatırlayıb. Qeyd edib ki, indi isə Azərbaycan dayanıqlı şəhərsalma sahəsində liderlik nümayiş etdirir. O, ölkəmizin göstərdiyi liderliyi yüksək qiymətləndirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru