Nehrəmlilər gömrükdən uzaqlaşdırılır?

13-05-2015, 19:51           
Nehrəmlilər gömrükdən uzaqlaşdırılır?
Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev üç rayonun gömrük idarəsinin rəisini işdən çıxarıb.

teref.az xəbər verir ki, DGK-dakı mənbələrdən virtualaz.org saytına verilən məlumata görə, vəzifəsini itirənlər Astara, Xaçmaz və Biləsuvar rayonlarının gömrük idarələrinin rəisləridir.

Burada ən maraqlı məqam işdən çıxarılan hər üç rəisin Naxçıvanın Nehrəm kəndindən olmasıdır (bu kəndin ən məşhur sakinlərindən biri olan iş adamı Hacı İbrahim Nehrəmli də bu gün saxlanılıb).

Aydın Əliyevin üç rayonun gömrük idarəsinin rəisini işdən azad etməsinin səbəbləri hələlik bilinmir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]