"HTC” klinikasının həkimi Rauf Xəlilovdan şikayət: Əməliyyatdan sonra çox pis fəsadlar oldu… FOTO

23-11-2025, 00:02           
"HTC” klinikasının həkimi Rauf Xəlilovdan şikayət:
Daha bir vətəndaş keçirdiyi plastik əməliyyata görə klinikadan və həkimdən narazıdır.

TEREF xəbər verir ki, Milli.Az-a müraciət edən vətəndaş Gülbəniz Qasımova bildirib ki, 2024-ci ilin aprel ayında Nizami rayonu ərazisində yerləşən “HTC” klinikasının (HTC Cliniva Hospital) həkimi olan Rauf Xəlilovun sosial şəbəkələrdə plastik əməliyyatla bağlı paylaşdığı reklamların qurbanı olub.

Uğursuz abdominoplastika əməliyyatı keçirdiyini bildirən Gülbəniz Qasımova ödənişi edən zaman ona çek verilmədiyini də qeyd edib:

“Əməliyyatdan sonra çox pis fəsadlar oldu, ağrılarım hələ də var, əmək fəaliyyatimi də itirmişəm. Gün ərzində normal hərəkət edə bilmirəm, amma əməliyyatdan əvvəl yaxşı idim”.


Məsələ ilə bağlı həkim Rauf Xəlilov isə bildirib ki, xanım göbək yırtığı və qarın sallanmasından əməliyyat olub:

“Vətəndaşın iddiaları həqiqəti əks etdirmir. Bununla bağlı kamera görüntüləri, telefon qeydləri də araşdırıla bilər”.

Bir sözlə, həkim əməliyyatın uğurlu olduğunu bildirərək özünə haqq qazandırıb.

Zərərçəkmiş isə hazırda sağlamlığına tam qovuşmaq üçün həkimdən əməliyyatın ödənişin istəyir ki, başqa klinikada yenidən müalicə olunsun.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]