Ukrayna raket və pilotsuz uçuş aparatlarının uçuş məsafəsini, həmçinin hava zərbələrinin intensivliyini xeyli artırıb.

Dünən, 22:48           
Ukrayna raket və pilotsuz uçuş aparatlarının uçuş məsafəsini, həmçinin hava zərbələrinin intensivliyini xeyli artırıb.
Bu il nəhəng Rusiyanın yarı ərazisinə zərbələr endirilib.
Regional hakimiyyət orqanlarının açıqlamalarına görə, Ukrayna raket və dronları Rusiya əhalisinin 70%dən çoxunun yaşadığı regionlara düşüb.
Əvvəllər Ukrayna ilə sərhəd bölgələr hədəfə alınırdısa, indi zərbələrin ən uzaq nöqtələri Sibir, Tumen, Xantı-Mansiysk, Salexard və Omsk olub.
Eyni zamanda Ukrayna uzaqmənzilli dronlardan istifadə sayına görə Rusiyanı geridə qoyub. İyunda Ukrayna 11620 dronla zərbə endirib, Rusiya isə bunun təxminən yarısı qədər, 5749 dronla cavab verə bilib.
Ukrayna ötən il "Flaminqo" raketlərinin istehsalına başlayıb. May ayında onlar ilk dəfə 1500 kilometrlik məsafəni qət edib Rusiya dərinliklərinə düşüblər.
Zərbələrin əsas hədəfləri neft emalı zavodları, neft anbarları və digər enerji obyektləridir. Hücumlar nəticəsində Rusiyanın bəzi bölgələrində yanacaq qıtlığı yaranıb və yanacaqdoldurma məntəqələrində kilometrlərlə uzanan növbələr müşahidə olunur.
Putin xalqın qəzəbi ilə üzləşməmək üçün səfərbərlik çağırışlarının rusların sıx yaşadığı böyük şəhərlərdə aparılmasını qadağa etmişdi. Beləliklə, cəmiyyətin böyük hissəsi müharibəni öz həyatında hiss etmirdi. İndi isə cəbhə Rusiyanın daxilinə gəlib çatıb, işğalçı müdafiə olunan tərəfə çevrilib.
Orxan Atabəy
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru