“NovaMed” klinikasında saxta həkim necə estetik əməliyyatlar edir?

26-11-2025, 10:14           
“NovaMed” klinikasında saxta həkim necə estetik əməliyyatlar edir?
Bakıxanov qəsəbəsində yerləşən Nova Med klinikası barədə redaksiyamıza daxil olan şikayətlər əsasında araşdırma aparılıb. Vətəndaşların saxta həkim fəaliyyəti ilə bağlı müraciətlərindən sonra əməkdaşımız klinikaya pasiyent qismində daxil olaraq gizli çəkiliş həyata keçirib. Çəkiliş zamanı “estetik həkim” kimi təqdim edilən şəxsin əslində tibb bacısı olduğu üzə çıxıb.

Araşdırma zamanı məlum olub ki, telefonla əlaqə saxlanılarkən özünü “Sabrina” kimi təqdim edən şəxsin əsl adının Səbinə olduğu müəyyən edilib. Klinika əməkdaşlarının həm telefon danışığında, həm də klinikada pasiyentlərlə ünsiyyət zamanı onu “həkim Sabrina” kimi təqdim etməsi saxta həkim fəaliyyətinin məqsədli şəkildə gizlədildiyini göstərir.

Maklerlik və pasiyent yönləndirmə sxemi

Qarşı tərəflə mövqe öyrənmək üçün əlaqə saxlanılarkən, özünü “SMM mütəxəssisi” kimi təqdim edən şəxs faktiki olaraq maklerlik etdiyini etiraf edib. O, pasiyentləri həkim adı ilə fəaliyyət göstərən şəxslərə yönləndirərək bundan qonorar aldığını bildirib.

Hadisə ictimailəşdikdən sonra baş redaktorumuza naməlum nömrədən hədə xarakterli zəng daxil olub. Zəng edən şəxs:
“Səhər onun yarısı səni şantajla bağlı narahat edəcəyik” – deyə xəbərdarlıq edib.
Bu cür davranış jurnalistlərin təhlükəsizliyinə və media fəaliyyətinə təzyiq kimi qiymətləndirilir.

DİN-ə rəsmi məlumat verildi

Baş verənlərlə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə məlumat verilib. Naməlum şəxsin təhdid zəngi və araşdırmanın qarşısını almağa yönəlik cəhdlərlə bağlı tədbir görülməsi xahiş edilib.Aknews.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]