Sənət insanı sülh göyərçini deyil ki, istədiyi yerdə uçsun, qanad çalsın.
27-11-2025, 10:34

Öncə bilmək lazımdır: sənət nədir və sonra sənət insanı kimdir?!
Bir məsələnin siyasi tərəfi olduğu kimi, həm də etik və mənəvi tərəfi var. Sənət insanı daha çox mənəvi və etik olanı etməlidir. Ola bilər ki, müəyyən bir hərəkət əhəmiyyətlidir, lazımdır, amma mənəvi və etik çərçivəni aşır.
Azərbaycan–Ermənistan münasibətləri konsert salonlarında həll olunmur.
Kimsə özünü sülh göyərçini kimi göstərib, “sonda sülh olacaq” - deyib , hərəkətinə haqq qazandırmasın.
Hamımız bilirik ki, sonda sülh olacaq, ermənilərlə gediş-gəliş də olacaq, ticarət edən də olacaq. Amma kimlərsə bizi bir daha ermənilərlə dost-qardaş edə bilməz; bizə tarixdə baş verənləri heç kim unutdura bilməz. Çünki biz artıq müstəqil Azərbaycanın vətəndaşlarıyıq, hansısa imperiyanın hissəsi deyilik.
Erməni həmişə bizi düşmən bilib və bundan sonra da belə biləcək. Ermənilər məğlub olublar, buna görə sülhə can atırlar, zəif düşüblər, sülhdən danışırlar. Erməniləri sülhə məcbur edən Ali Baş Komandan, Şəhidlər və Qazilər olub, hansısa sənət adamları yox. Bundan sonra da davam edəcək siyasəti məhz onlar müəyyən edəcəklər.
Azərbaycanlı sənət insanları üçün ermənilər həmişə düşmən qalacaq; biz həmişə ermənilərin düşmən obrazını yaradacağıq, cəmiyyətimizin düşmənə qarşı müqavimət sistemini gücləndirəcəyik.
Sənət insanı siyasətçi deyil — zamana, şəraitə uyğun hərəkət edə, reallığı nəzərə ala.
Sənət insanı olanların, olmayanların və olacaqların xəritəsini cızır, olacaqlara qarşı müqavimət yaradır, mövcud olanın yox, daha və ən yaxşı olanın ünvanını göstərir.
Sənət insanı mövcud siyasətin yanında olmur, əbədi siyasətin yanında mövqə tutur!
Sənət insanı əsas və daimi olanın tərəfində dayanır, dəyişən və dəyişə bilənin yox!
Rza Drakon
TEREF

