O, atasına büst qoyduran YEGANƏ İCRA BAŞÇISIDIR - DOSYE

27-11-2025, 12:06           
O, atasına büst qoyduran YEGANƏ İCRA BAŞÇISIDIR - DOSYE
Azərbaycanda deputat mandatını icra başçısı postuna dəyişən məmurlardan biri də Rüstəm Xəlilovdur.
"Paytaxt"-ın məlumatına görə, Rüstəm Xəlilov 1958-ci il iyunun 1-də Sabirabad rayonunun Hacıbəbir kəndində anadan olub. O, Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Aqronomluq fakültəsini və Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirib. Rüstəm Xəlilov 2005-ci ildə 64 saylı Sabirabad ikinci seçki dairəsindən Milli Məclisin üzvü seçilib. Onun deputat karyerası 14 il davam edib.
Prezident İlham Əliyevin sərəncamı ilə 2019-cu ilin dekabrında Rüstəm Xəlilov Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Beş il sonra isə vəzifəsindən azad edilərək Salyan Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.
Rüstəm Xəlilov 17 sentyabr 2024-cü ildən Salyan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışır.
Digər icra başçılarından fərqli olaraq Xəlilovun adı heç vaxt qalmaqallarda hallanmayıb. O, mətbuatla əməkdaşlığa həvəssiz yanaşan icra başçısı kimi tanınır.
"Paytaxt" xatırladır ki, Rüstəm Xəlilov 64 saylı Sabirabad ikinci seçki dairəsindən Yeni Azərbaycan Partiyasının üzvü kimi deputat seçildiyi dövürdə Sabirabad rayon Nizami kənd bələdiyyəsinin qarşısında atasına heykəl qoydurub. Kənd sakinləri mühüm mühim günlərdə həmin heykəli ziyarət etməyə məcbur edilib. Rüstəm Xəlilov atasına qoydurduğu heykəl ŞƏHİDLƏR LÖVHƏSİNİN qarşısını kəsərək vətən uğrunda canından keçən oğullarımıza hörmətsizlik etməyi belə bacarmışdı.
Onuda bildirək ki, Rüstəm Xəlilovun atası Gülabba Xəlilovdur. Ona 1982-ci ildə Sosialist Əməyi Qəhrəmanı adı verilib, daha sonra Lenin ordeni ilə təltif olunub.
Maraqlı odur ki, Rüstəm Xəlilov o vaxlar rayonda insanları Ümumilli Lider Heydər Əliyevin hehykəlini ziyarət etdirmkdən, atası Gülabba Xəlilova qoydurduğu büstü önəmli hesab edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]