“Boz kardinal” Ramiz Ənvəroviçin sadiq kadrları: Siyahı-II yazı…
7-12-2025, 09:34

Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev barəsində 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilib.
Məlumata görə, qərara əsasən məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib. R.Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham edilir.
Həmçinin DTX-nın xüsusi əməliyyatı nəticəsində AXCP-nin sədri Əli Kərimlinində istintaqa aidiyyatı olmaqla məhkəmə qərarı ilə həbs olunub.
Prezident Administrasiyasının rəhbəri olmuş, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyev olduğu dövrdə bir sıra deputatlar və icra başçıları onun diktəsi altında olublar. Ramiz Mehdiyev parlamentin və yerli idarəetmə orqanlarının kadr potensialını öz adamlarından təşkil edirdi.
XALQ araşdırma apararaq cəmiyyətdə “Boz kardinal” adlandırılan Ramiz Mehdiyevin dövlət orqanlarında sadiq kadr potensialı öz fəaliyyətində. Onlar illərlə formalaşmış “Mehdiyevçi” düşüncə tərzini yaşadıb, dövlətin daxildən zədələnməsi üçün görünməz manevrlər həyata keçirirlər.
Qeyd edək general rütbəsi daşıyan və nazir müavini olan oğlu Teymur Mehdiyevdə artıq vəzifədən çıxarıldığı bildirilir.
Ötən yazımızda şəbəkə geniş olduğu üçün ilk onluqda olanları araşdırmamızla oxucularımıza təqdim etmişdik:
Təhsil, elm, mədəniyyət, idman və digər sahələrdə Ramiz Mehdiyevin sadiqlərini təqdim edirik:
İlk özəl universitet yaradıcısı, Milli Məclisin deputatı olmuş, indi isə oğlu mandat sahibi olan professor Əhməd Vəliyevdə Ramiz Mehdiyevlə əlaqələri olması cəmiyyətdə heç kəsə sirr deyil.
Əhməd Vəliyevin “Muğan Bank”ı da olub lakin Ramiz Mehdiyev üzərindən xətt çəkildikdən sonra lisenziyası ləğv olunub.
Texniki Universitetin keçmiş hal-hazırda isə Mühəndislik Universitetinin 80 yaşlı rektoru Havar Məmmədovda “Boz Kardinal” Ramiz Mehdiyevin elm, təhsil üzrə ən öndə gedən adamlarından olmuşdur.
Milli Məclisin deputatı Tahir Rzayevdə bu sıralara daxil olduğu bildirilir. II,III,IV,V və VI çağırış Milli Məclisin deputatı Rzayevin bu barədə heç bir təkzib məlumatı olmadığı vurğulanır.
Sədərək ticarət mərkəzinin sahibi Yusif Qədimbəylinin nazir müavini olan qardaşı qızı İlhamə Qdəimovada bu sıraya daxil edilir.
Heç kəsə sirr deyil ki, Yusif Qədimbəyli Ramiz Mehdiyev və Əli Həsənovun himayəsi ilə böyük siyasi və biznes klanı qura bilib. Həm dövlət, həm də biznesdə özlərinə möhkəm mövqe tutmağı bacaran bu klanın adı hər zaman neqativ qalmaqallarda, insanların haqqını kəsməkdə, sadə vətəndaşlara zülm etməkdə və onları şərləməkdə hallanıb.
Qeyd edək ki, Yusif Qədimbəylinin oğlu Mehman Qədimbəyli Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun köməkçisi vəzifəsində çalışıb. Daha sonra isə Tik-tok platformasında “şir atmaqla” öz biznesini genişləndirib.
Qeyd edək ki, İlhamə Qədimova əmisi “Sədərək Yusif”in lobbiçiliyi və “ağsaqqalı” Ramiz Mehdiyevin dəstəyi ilə sürətli vəzifə sıçrayışna nail ola bilib.
İlhamə Qədimova Kənd Təsərüfatı Nazirliyində Ramiz Mehdiyev klanını təmsil etdiyi bildirilir və nazirlikdə heç kəsə sirr olmayan işləri bacarır. Belə ki, müxtəlif şirkətlərə tenderlerin verilməsi və bölgələrdə kadrların təyinatını nüfuz etməyi bacarır.
Ağdamın eks deputatı Bəxtiyar Sadıqovun adı isə heç şübhəsiz Ramiz Mehdiyevlə çəkildikdə təəcüb doğurmur. 1972-cü ilin qış imtahanlarında Universitetin tələbəsi olan Bəxtiyar Sadıqov “Boz Kardinal” Ramiz Mehdiyevlə tanış olmuş komsomol təşkilat katibi seçilmişdir.
Düz 53 ildir ki, bu himayəçilik təkrarlanır və İkinci, üçüncü, dördüncü və beşinci çağrış Milli Məclisin deputatı olub.
1994-cü ildə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədrinin müavini olmuş, 25 ildir ki, Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin Sədri olan Məlahət Abbaszadə isə Ramiz Mehdiyevlə əlaqələrini heç vaxt inkar etməyib. Hətta çıxışlarında belə “Boz Kardinal”ın şəninə tərifləyir söyləyib.
2000-ci ildən mühüm posta sahiblənən Məlahət Abbaszadə pensiya yaşı keçsə belə hələdə vəzifədədir.
1994-cü ildən nazir olan Ramiz Mehdiyev vəzifədən çıxarıldıqdan sonra 2000-ci ildə Mədəniyyət naziri postundan alınan Əbülfəz Qarayevdə “Boz Kardinal”ın əsas əlatılarından hesab olunub. Son günlər qızı Suad Qara mədəniyyətimizi,tariximizi ləkləməklə gündəmi zəbt edərək əsas müzakirə olunanardandır.
Geniş biznes şəbəkəsinə sahib olan eks nazir Əbülfəz Qarayev Ramiz Mehdiyevə sədaqəti inkar etməyib.
Ramiz Mehdiyevə dəbdəbəli villa tikdirib bağışlayan icra başçısı Mənsur Məmmədovda bu siyahıda yer almaqadadlr. Göyçayın Potu kənd inzibati ərazi dairəsinin Üngütlü kəndində 10 hektar ərazidə yerləşən Ramiz Mehdiyev üçün xüsusi təmtaraqla tikilən malikanəni hal-hazırda Ucar rayon icra hakimiyyətinin başçısı Mənsur Məmmədov tərəfindən hədiyyə olundugu bildirlir. 20 ildir icra başçısı vəzifəsi daşıyan Mənsur Məmmədov bunu təkzib edə bilməyib.
Gənclər və İdman Nazirliyinin tabeliyindəki Su İdman sarayının direktoru olmuş Elçin Həsənovunda Ramiz Mehdiyevin himayəsində olması və geniş biznes şəbəkə yaratması təkzib olunmayıb.
Hamısı ifşa olunacaq!
Bütün bunlarda bir həqiqət var: bu şəbəkənin görünən və görünməyən üzvlərinin hamısı ifşa olunacaq.
Ardı var

