Anar Əlizadə SOCAR-a və “Alkagesta” şirkətlərinə qarşı “qara PR” aparıb - İLGİNC İDDİA

8-12-2025, 12:57           
Anar Əlizadə SOCAR-a və “Alkagesta” şirkətlərinə qarşı “qara PR” aparıb - İLGİNC İDDİA
Anar Əlizadənin də Bakıya gələrək istintaqa izahat verməsi də məhz bu iddialarla bağlı olub.

Məşhur neft maqnatı, Union Grand Energy" şirkətlər qrupunun sahibi və baş icraçı direktoru, "Baku Business Factory"nin təsisçisi, "Socar Trading"in təsisçisi (digər təsisçilər: SOCAR vı Valeri Qolovuşkin) və keçmiş prezidenti Anar Əlizadə Azərbaycan dövlət neft şirkəti SOCAR-a və Maltada qeydiyyatda olan “Alkagesta” şirkətlərinə qarşı “qara PR” aparıb.

AzFakt.com xəbər verir ki, bu barədə chechnyafree.ru saytı məlumat yayıb.

Sayt yazır ki, Adnan Əlizadə işi ilə bağlı araşdırma aparan Azərbaycan tərəfi Anar Əlizadənin həm SOCAR-a, həm də “Alkagesta” şirkətinə qarşı “qara PR” apardığını müəyyən edib.

Portal qeyd edir ki, əsasən Azərbaycan xaricində fəaliyyət göstərən müxtəlif saytlarda ödənişli qaydada “Alkagesta” şirkətinə qarşı yazılan yazılarda SOCAR-ın fəliyyəti də qaralanıb və həmin yazılarda Bakı-Ceyhan kəmərində Azərbaycan neftnə xlorid maddəsinin qatılması ilə bağlı əsasız ittihamlar səsləndirilib.

Anar Əlizadənin də Bakıya gələrək istintaqa izahat verməsi də məhz bu iddialarla bağlı olub.

Xatırladaq ki, Anar Əlizadənin hazırda Dubayda yaşadığı iddia olunur və o, Adnan Əhmədzadənin əsas kampayonu və patronu kimi bilinməkdədir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]