Ana Vətən Partiyasının sədri, sabiq deputat Fəzail Ağamalının Ramiz Mehdiyevə məktubu üzə çıxıb.

9-12-2025, 10:44           
Ana Vətən Partiyasının sədri, sabiq deputat Fəzail Ağamalının Ramiz Mehdiyevə məktubu üzə çıxıb.
TEREF yazır ki, sosial şəbəkə fəalı Habil Azəri Ana Vətən Partiyasının sədri, sabiq deputat Fəzail Ağamalının Ramiz Mehdiyevə məktubunun mətnini paylaşıb. Paylaşımı təqdim edirik:
"Habil Azəri
Yalan dünya,palan dünya,anektod dünya.
Ana Vətən Partiyasının sədri, sabiq deputat Fəzail Ağamalının Ramiz Mehdiyevə məktubu üzə çıxıb.
Demək, 17 aprel, 2018-ci ildə yazılan məktubun mətnində bunlar qeyd olunub.
“Hörmətli, Ramiz müəllim, sizi yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edir, milli dövlətçiliyimizin güclənməsində göstərdiyiniz yorulmaz fəaliyyətdə uğurlar arzulayıram.
Ulu öndərimiz Heydər Əliyevin yaxın silahdaşı kimi, ən çətin günlərdə dövlətçiliyimizin qorunub saxlanılması va möhkəmləndirilməsi və onun yüksək inkişaf səviyyəsinə qaldırılmasında müstəsna rol oynayan möhtərəm cənab prezidentimiz İlham Əliyev siyasətinin həyata keçirilməsində göstərdiyiniz ciddi xidmətlər Sizə ölkəmizdə böyük nüfuz qazandırmışdır.
Müasir dövrümüzdə ictimai fikir tarixinə, fəlsəfi baxışlar sisteminə bəxş etdiyiniz fundamental əsərləriniz Sizə, həm də görkəmli tədqiqatçı kimi, cəmiyyətimizdə sabnallı alim statusu qazandırmışdır.
Sizi bir daha yubileyiniz münasibətilə təbrik edir, Sizə möhkam can sağlığı, məsuliyyətli va şərəfli işinizdə uğurlar diləyirəm”.
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]