Əli Heydəri: “Azərbaycan Zəngəzur dəhlizindən ildə milyardlarla dollar xeyir götürəcək”

10-12-2025, 15:00           
Əli Heydəri: “Azərbaycan Zəngəzur dəhlizindən ildə milyardlarla dollar xeyir götürəcək”
“2020-ci il Qarabağ müharibəsində aydın olan odur ki, İsrail silahları Türkiyə ilə birlikdə müharibənin səhnəsini dəyişdirə bildi. Azərbaycanın Ermənistana qarşı Qarabağ müharibəsində qələbə qazanmasına böyük töhfə verdi”.

Tribuna.az xəbər verir ki, bu sözlərin müəllifi iranlı ekspert Əli Heydəridir.

O qeyd eddib ki, Azərbaycanın İran əleyhə İsrailə hava məkanı açması barədə iddialar boş söhbətlərdir. “Bizim əlimizdə bununla bağlı heç bir sübut yoxdur”.

Heydəri hesab edir ki, Zəngəzur dəhlizi Azərbaycan üçün iki baxımdan maraqlıdır: biri siyasi, digəri isə iqtisadi. “İqtisadi sahədə, Azərbaycan və Türkiyə rəsmilərinin dəfələrlə bəyan etdiyi kimi, bu dəhliz Azərbaycanın regionda, xüsusən də Qafqaz və Mərkəzi Asiyada tranzit qovşağı kimi yerləşməsi və qurulmasında çox mühüm rol oynayacaq. Onlar “Bir kəmər, bir yol”un qollarından biri və Orta Dəhliz rolunu oynamaq üçün hər cür səy göstərirlər. Bundan əlavə, istifadəyə veriləcək və hazırda Tramp dəhlizi adlandırılan yolda Azərbaycan tərəfi ən azı ilk illərdə bu tranzitdən hər il bir milyard dollar faydalanacağını proqnozlaşdırıb”.

İranlı ekspert siyasi məsələyə də toxunub. “Siyasi müstəvidə bir daha Türkiyə və Azərbaycan rəsmiləri bu dəhlizin türk dünyasını birləşdirməyə zəmin yaradacağını və onları qüsursuz birləşdirəcəyini dəfələrlə bəyan ediblər. Bu səbəbdən də bu marşrutun istifadəyə verilməsini təxirə salmaq fikrində deyillər”.

Heydəri hesab edir ki, Rusiya Qərbin ona qarşı sanksiyalarından yan keçmək üçün Zəngəzur dəhlizinə arxalana bilərdi.

O yekunda qeyd edib ki, İran regional məsələlərdə Azərbaycanla sıx əməkdaşlıq etməlidir. “Türkiyə və Azərbaycan kimi ölkələr bizim Trans-Asiya ticarətinə, yəni Avropaya və hətta Rusiyaya çıxış yolumuz ola bilər. Bu baxımdan bu ölkələrlə əlaqələr bizim üçün çox faydalıdır. Çünki bu ölkələr İranla uzaq ölkələr arasında körpü rolunu oynayır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]