Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanında filmlərdəki mafiya oyunlarını xatırladan olay belə olub -TƏFƏRRÜAT

17-12-2025, 17:37           
Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanında filmlərdəki mafiya oyunlarını xatırladan olay belə olub -TƏFƏRRÜAT
Oxuyun, görün nələr edirlər!!!
Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanında filmlərdəki mafiya oyunlarını xatırladan olay belə olub.
Deməli bir neçə gün əvvəl Bakı–Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının rəisi Rəşad Daşdəmirov, general Cəbrayıl Usubovun oğlu Fərid Usubov və digər şəxslər qəfil həbs olundular.
Öncə bir neçə yük avtomobilində 1 milyon 700 min manatdan artıq qiyməti olan 962 min 98 qutu aksiz markası olmayan tütün məmulatları tutulub.
Bundan xəbər tutan qaçaqmalçı dəstə üzvləri aşkar olunmayan digər iki konteynerdəki 3 milyon manatdan çox siqareti ölkədən təcili çıxarmağa cəhd ediblər. Onların bu planı Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının bir neçə əməkdaşının köməkliyi ilə reallaşıb. “Tütün mafiyası” dəniz yolu ilə gətirdikləri qaçaqmalı eyni qaydada geri qaytara bilib.
Bəlli olub ki, mütəşəkkil dəstə üzvləri tütün məmulatlarını Birləşmiş Ərəb Əmirliklərindəki şirkətlərin birindən alıblar. Yüklər əvvəlcə İrana, oradan isə gəmi ilə Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanına gətirilib.
Razılaşmaya əsasən, həmin vaxt limanda növbədə olan vəzifəli gömrükçülər öz qulluq mövqelərindən istifadə edərək siqaretlərin bəyan edilmədən ölkəyə keçirilməsinə şərait yaradıblar. Yük dolu konteynerlər heç bir yoxlama olmadan liman ərazisindən çıxarılıb, sərbəst şəkildə Türkan qəsəbəsində mütəşəkkil dəstənin icarəyə götürdüyü sahəyə aparılıb.
Limanın tabe olduğu Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin rəisi general-mayor Həsən Eyyubov vəzifəsindən azad edilərək təqaüdə göndərilib. Onu tutmayıblar, sadəcə təqaüdə göndəriblər.
Bəli, belə qaçaqmal işlərində yaxşı pul müqabilində məhz məmurlardan istifadə olunur və qəşəng pul qazanırlar.
Maraqlıdır ki, bu ilk belə cəhddir, yoxsa bundan əvvəl də dəfələrlə belə işlər görüılüb. Əgər əvvəllər də belə işlər görüblərsə, o zaman bu adamların hərəsinin azı 10 milyardı var...
Əsl mafiya işidir...
Ədil Hüseynli
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]