Partiya sədri Azercell-dən imtinaya ÇAĞIRDI

19-12-2025, 09:28           
Partiya sədri Azercell-dən imtinaya ÇAĞIRDI
Ağ Partiyanın sədri Tural Abbaslı mobil operator Azərcellin tarif siyasətini tənqid edib.

Onun sözlərinə görə, şirkətin 5 milyondan çox abunəçisi var və hər abunəçidən gündəlik orta hesabla 1 manat ödəniş tələb olunur.

T.Abbaslı bildirib ki, bu hesablamaya əsasən Azərcellin gündəlik gəliri təxminən 5 milyon manat, aylıq gəliri 150 milyon manat, illik gəliri isə 1 milyard 800 milyon manat təşkil edir. O vurğulayıb ki, bu məbləğ yalnız gündəlik minimum ödənişlər hesabına formalaşır.

Onun sözlərinə görə, tariflərin tez-tez artırılması vətəndaşlarda ciddi narazılıq doğurur və bu məsələ ictimai müzakirəyə çıxarılmalıdır.

Tural Abbaslı bu səbəbdən vətəndaşlara boykot çağırışı edib.

O bildirib ki, hər ayın ilk həftəsində vətəndaşlar mobil operatorlara heç bir ödəniş etməsələr, bu addım şirkətin maliyyə gəlirlərinə ciddi təsir göstərə bilər.

Abbaslının fikrincə, bir həftəlik ödənişsiz dövr operatoru iki aylıq gəlirdən məhrum edə bilər.

“Xalqla şantaj dili ilə danışmaq olmaz. Tarif məsələləri vətəndaşlarla məsləhətləşilərək həll edilməlidir”, – deyə o qeyd edib. (ajans)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]