Hərbi ekspert "Kontakt Home"un yalanlarını ifşa etdi
20-12-2025, 11:18

Hərbi jurnalist, ekspert Üzeyir Cəfərov "Kontakt Home" mağazalar şəbəkəsinini məhkəməyə verib.
Bizimesr.az bildirir ki, bu barədə ekspert özünün "Faceebok" profilində məlumat verib.
Üzeyir Cəfərov bildirib ki, onun tərəfindən Binəqədi rayon Məhkəməsinə "ABC-Telecom" Məhdud Məsuliyyətli Cəmiyyəti, "Kontakt Home" mağazalar şəbəkəsi adı altında fırıldaqçılıqla məşğul olan dəstəyə qarşı iddia ərizəsi təqdim edib: "Bu gün, Binəqədi Rayon Məhkəməsində araşdırma zamanı mənə məlum olmuşdur ki, bu adı çəkilən və vətəndaşlara qarşı çoxsaylı hiylə, fırıldaqçılıq törədən "Kontakt Home" mağazalar şəbəkəsi altdan-altdan mənə qarşı bir saxta və heç bir SÜBUT və FAKT ortaya qoymadan Ərizə ilə məhkəməyə müraciət ediblər. Ən maraqlısı və ən qəribəsi odur ki, iki varaqdan ibarət olan Ərizədə bu oğrular məhkəmədən xahiş etmişlər ki, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasına baxılmasını istəmişlər.
Sözsüz ki, mən buna qarşı yazılı etirazımı hakim Səidə Məmmədovanın katibinə təqdim etdim və növbəti prosesdə hiyləgər, məhkəməni aldatmağa cəhd edən "ABC Telecom"un Problemli Kreditlər Departamentinin rəhbəri Rauf Xudayar oğlu Süleymanlıdan imza atdığı sənədə sübutların təqdim olunmasını tələb edəcəyəm. Bunlar o qədər həyasızlaşıblar ki, məhkəməyə indiki halda konkret fakt(lar) və sübut(lar) təqdim etmək əvzinə ağızlarına və ağıllarına gələn yalanları yazmaqdan da çəkinmirlər. Onların yalanının nə olmasını mən məhkəmə başlayana kimi yazmıram ona görə ki, o suallara onlar cavab verməlidirlər. Kontaktın indiyə kimi saysız-hesabsız vətəndaşa qarşı törətdiyi cinayət tərkibli əməlləri hüquqi qiymətini alacaq.
Öz tərəfimdən bir daha xatırladıram ki, bu məhkəmə araşdırmasını mən ona görə sona qədər davam etdirəcəyəm ki, Kontakt Mağazalar Şəbəkəsi kimi fırıldaq və oğru şirkətlər bağlansın, onların arxasında duran harın məmurlar da qanunların necə amansız və sərt olmasını nəhayət ki, anlasınlar. KİMLİYİNDDƏN asılı olmayaraq Kontakt Mağazalar Şəbəkəsi və onun kimi kələkbaz, fırıldaqçı və oğru işlərlə məşğul olan işbazlar ifşa olunacaq və Azərbaycanda onlara heç bir halda yer olmamalıdır və olmayacaq. Bizim bu fırıldaqçılarla növbəti görüşümüz 2026-cı ilin yanvarın 19-da baş tutacaq. Kontakt Mağazalar Şəbəkəsindən ziyan çəkmiş hər kəsi göstərilən tarixdə Binəqədi Rayon Məhkəməsində gözləyirəm. Allah Azərbaycanımızı bu cür yaramaz və oğru talançılardan qorusun!".

