Paşinyan İrəvan və Bakıya dəstəyə görə Putinə təşəkkür etdi

23-12-2025, 00:06           
media-hightechnic-468x90Paşinyan İrəvan və Bakıya dəstəyə görə Putinə təşəkkür etdi
Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinə İrəvan və Bakı arasındakı sülh prosesinə verdiyi dəstəyə görə təşəkkür etdi.

Sankt-Peterburqda Rusiya lideri ilə görüşdə Paşinyan qeyd edib ki, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin bağlanması Rusiya ilə münasibətlər üçün yeni imkanlar açacaq.

“Qatarların Rusiyadan Azərbaycan vasitəsilə Ermənistana gəlməsinə başlaması tarixi bir hadisə idi”, – deyə Paşinyan bildirib.

Qeyd edək ki, Paşinyan Ali Avrasiya İqtisadi Şurasının iclasında və ənənəvi olaraq dekabrın sonlarında keçirilən qeyri-rəsmi MDB sammitində iştirak etmək üçün Rusiyanln şimal paytaxtına gəlib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]