“AzCosmetics”in direktoru Kənan Zeynalova “stop” qoyuldu: Qanunvericiliyin tələbləri pozulub

23-12-2025, 11:38           
“AzCosmetics”in direktoru Kənan Zeynalova “stop” qoyuldu: Qanunvericiliyin tələbləri pozulub
Estetik və kosmetoloji cihazlar bazarında fəaliyyət göstərən “AzCosmetics” MMC rəqib şirkət (“AzEstetik Group” MMC) barəsində paylaşdığı videoçarxlarda yalan və həqiqəti əks etdirməyən məlumatlar səsləndirdiyi üçün cəzalandırılıb.

XALQ xəbər verir ki, bununla bağlı Bakı Kommersiya Məhkəməsi qətnamə çıxarıb.

Bildirilib ki, “AZ Estetik Group” MMC barədə paylaşılan məlumatların həqiqəti əks etdirmədiyi müəyyən edilib və yalan, böhtan xarakterli məlumatların videoformat şəklində təkzib olunmasına qərar verilib.

Belə ki, sözügedən məlumatlar direktoru Kənan Zeynalov olan “AzCosmetics” MMC-yə məxsus “Youtube” və “TikTok” hesablarında 2023–2024-cü illərdə ictimailəşdirilib. Qərara əsasən, bu platformalarda yerləşdirilmiş video və şərhlərin silinməsi, eləcə də həmin materiallarda məhsul və xidmətlərlə bağlı səsləndirilən aldadılma, texniki xüsusiyyətlərin düzgün təqdim olunmaması, məhsul mənşəyinin gizlədilməsi və öhdəliklərin yerinə yetirilməməsi kimi iddiaların həqiqəti əks etdirmədiyi müəyyən edilib və bu məlumatların təkzib edilməsi tələb olunub.

Bundan başqa, digər məhkəmələr də “AzCosmetics” MMC və onun direktoru Kənan Zeynalova qarşı bir sıra qərarlar qəbul edib. Bildirilib ki, şirkət rəqibi olan “Az Estetik Group” MMC-nin lazer cihazlarını saxta və keyfiyyətsiz kimi tənqid edərək haqsız reklam və rəqabət apardığına görə reklam qanunvericiliyinin tələblərini pozub. Bu səbəbdən şirkət 1000 AZN məbləğində cərimə edilib. Bundan əlavə, “Azcosmetics” məhkəmə qərarlarını icra etmədiyi – yəni, nüfuzu ləkələyən videoları silmədiyi və təkzib vermədiyi üçün məhkəmə qərarları ilə şirkətə 3000 AZN, direktor Kənan Zeynalova isə 1200 AZN inzibati cərimə tətbiq olunub. Bu tədbirlərlə yanaşı, qətnamənin icrasından yayındığı üçün Kənan Zeynalova ölkədən çıxış qadağası qoyulub.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]