“Azparkinq”dən KÜTLƏVİ narazılıq – hüquq müdafiəçisi dövlətə ÇAĞIRIŞ etdi

23-12-2025, 09:56           
“Azparkinq”dən KÜTLƏVİ narazılıq –
“Azparkinq” öz fəaliyyətinə yenidən baxmalıdır. Çünki son aylar mətbuatda və sosial şəbəkələrdə şirkətin işindən narazılıqların artdığını müşahidə edirik. Əgər monitorinq aparılsa, vətəndaşların şikayətlərinin kütləvi olduğu üzə çıxacaq”.

Bu fikirləri Tribuna.az-a Sosial Hüquqların Müdafiə Mərkəzinin rəhbəri Xəzər Teyyublu bildirib. Onun sözlərinə görə, ilk növbədə SMS göndərilməsi tələbinə dəyişiklik olmalıdır: “Çünki həmin an kiminsə telefonunda balans olmaya bilər. O halda cərimələnir. Buna görə də bankomat sistemi qurulmalıdır. Mobil tətbiqdən istifadə yaxşı ola bilər, amma burada da yenə eyni problem meydana gəlir – kiminsə telefonunda internet olmaması mümkündür. Ona görə də bankomat zəruridir”.
Hüquq müdafiəçisi qeyd edib ki, mətbuatda ciddi şəkildə narazılıqlar işıqlandırılır, amma Azparkinq reaksiya vermir: “Xüsusilə 1–2 dəqiqəlik dayanma üçün tam 1 saatlıq ödənişin tutulması, tətbiqin gec aktivləşdirilməsinə görə dərhal cərimə yazılması və ən əsası, ödəniş edildikdən sonra cərimə bildirişinin göndərilməsi “Azparking”in fəaliyyətinə ciddi suallar yaradır.

Sürücülər bildirirlər ki, avtomobili saxladıqdan sonra tətbiqi açmaq, zonanı seçmək və ödənişi təsdiqləmək müəyyən vaxt aparır. Bu müddət ərzində isə nəzarətçilər tərəfindən artıq pozuntu qeydə alınır. Bir neçə dəqiqəlik gecikmə inzibati xəta kimi qiymətləndirilir və sürücü cərimə ilə üzləşir.
Onun fikrincə, texniki gecikmələr və tətbiqin ləng işləməsi sürücünün üzərinə məsuliyyət kimi yüklənə bilməz və belə hallarda cərimələr məhkəmə qaydasında mübahisələndirilə bilər.
Azərbaycanda isə qısa müddətli dayanma üçün alternativ mexanizmin olmaması “Azparking”i daha çox cərimə yönümlü struktur kimi göstərir. Parklanmanın əsas məqsədi şəhər nəqliyyatını tənzimləmək və xaosu azaltmaq olmalıdır”.

Həsən Ağa












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]