“AzParking”dən daha bir narazılıq: Müəllimlərə cərimələr gəlir – VİDEO

27-12-2025, 11:58           
“AzParking”dən daha bir narazılıq: Müəllimlərə cərimələr gəlir – VİDEO
Bakının Nərimanov rayonunda yerləşən 200 saylı məktəb-lisey kompleksinin müəllimləri təhsil ocağının qarşısında yaradılan “AzParking” zonasından narazılıqlarını bildirirlər.

Tribuna.az xəbər verir ki, onların sözlərinə görə, hər gün işə gedib-gəldikləri üçün avtomobillərini məktəbin qarşısında saxlayırlar və bunun müqabilində gündəlik 4-5 manat ödəniş edirlər.

Müəllimlərdən biri Baku TV-yə bildirib ki, ərazi onların xəbəri olmadan, heç bir elan verilmədən və avtomobillər siyahıya alınmadan “AzParking” zonası elan edilib: “Dərsdə oturduğumuz yerdə hər gün cərimələr gəlir”.

Başqa bir müəllim isə məsələ ilə bağlı narazılığını belə ifadə edib:

“Həftənin beş günü 40 manat ödəsəm, ayın sonunda bu, kifayət qədər böyük məbləğ edir. “AzParking” əməkdaşlarına şikayət etdikdə “ictimai nəqliyyatdan istifadə edin” cavabını alırıq”.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]