“SOCAR Petroleum”da 1,2 milyardlıq müəmma:

27-12-2025, 15:18           
“SOCAR Petroleum”da 1,2 milyardlıq müəmma:
Bir müddət əvvəl “SOCAR Petroleum” QSC-nin baş direktoru vəzifəsindən azad edilən Abdulla Tağıyevlə bağlı yeni və diqqətçəkən məlumatlar üzə çıxıb.

TEREF unikal-a istinadən xəbər verir ki, A.Tağıyev hazırda Böyük Britaniyanın paytaxtı London şəhərindədir.

“SOCAR Petroleum”da 1 milyard 200 milyon manatlıq vəsaitin taleyi məhz onun rəhbərlik etdiyi dövrdən sonra sual altına düşüb.
Sözügedən maliyyə axını məhz Abdulla Tağıyevin rəhbərlik etdiyi illərə təsadüf edir və həmin vəsaitin hansı istiqamətlərə yönəldildiyi ciddi suallar doğurur.
Xatırladaq ki, Abdulla Tağıyev iqtisadiyyat naziri Mikayıl Cabbarova yaxın şəxs kimi tanınır.

O, M.Cabbarovun həm Təhsil Nazirliyində, həm də Vergilər Nazirliyində fəaliyyət göstərdiyi dövrdə müşavir vəzifəsində çalışıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]